Ölkə

Fazil Qasımovun ailəsi: “Gücü ancaq öz canına qıymağa çatır” 

20 May, 2025
94

Sosial Media

Həbsdə olan iqtisadçı Fazil Qasımovun 11 gündür aclıq etdiyi bildirilir. 

Bu barədə onun ailə üzvləri “Azadlıq Radiosu”na deyib. 

Onlar bildirib ki, Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində saxlanılan Qasımov azadlığa buraxılmasını və müəssisədə üzləşdiyi pis rəftarla bağlı şikayətlərinin araşdırılmasını tələb edir. 

“Mayın 10-dan aclığa başlayıb. Heç bir cinayət törətmədiyi halda, Bakı Ağır Cinayətlər Məhkəməsi saxta valyuta ittihamı ilə 9 il cəza kəsdi. Bircə dənə də sübut ortaya qoyulmadı. Fazil Qasımov isə təqsirsiz olduğunu təsdiqləyən nə qədər sübutlar gətirdi, heç birini nəzərə almadılar. Bu adamın da gücü ancaq öz canına qıymağa çatır", - ailəsi qeyd edib. 

Qasımovun aclıq aksiyasına mayın 10-dan başladığı deyilir.

İqtisadçı ötən il də azadlığa buraxılması üçün aclıq aksiyası keçirib və 6 aydan çox aclıq edib. Onun yaxınları daha əvvəl bildirib ki, iqtisadçı suya bal qarışdırıb qəbul etdiyinə görə orqanizmi aclığa davam gətirə bilib. 

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

16 yaşlı qızı öldürüb Kürə atmaqda şübhəli bilinən şəxs həbs olunub

21 May 2025

sosial media

Sabirabad rayonunda 16 yaşlı qızı öldürərək Kür çayına atmaqda şübhəli bilinən şəxs həbs olunub.  Baş prokurorluq mətbuata bildirib ki, mayın 20-də Kür çayından qadın meyitinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.  “İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, - açıqlamada deyilir.  Əlavə olunub ki, Talıbzadə şübhəli şəxs qismində saxlanılıb və istintaq davam edir.  Şübhəlinin...
Ölkə

"İşçi Masası": Üzvümüzün "kars" müddətinin uzadılmasına "yuxarılar" qərar verib

20 May 2025

Fərqanə Novruzova

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasında (“kars”) saxlanma müddəti daha 10 gün uzadılıb.  Bu barədə mayın 20-də “İşçi Masası” xəbər verib.  Təşkilat sosial media hesabında bildirib ki, mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada karserə salınıb. Əlavə olunur ki, fəal mayın 19-da karserdən çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb, qərarın isə “yuxarılardan” gəldiyi deyilib.  “İşçi Masası” ailəsi və yaxınlarının Mustafayevin səhhətindən narahat olduğunu bildirib və onun karserdən çıxarılmasını tələb edib.  Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında...

Seçilmiş Videolar

Toplum TV loqo