Ölkə

NİDA üzvlərinə hökm oxumuş hakim vəkilliyə başlayıb

13 may, 2026
252

Açıq mənbə

Mayın 13-də Vəkillər Kollegiyasında yeni vəkillərin andiçmə mərasimi keçirilib. 

“Report”un xəbərinə görə, onların sırasında Konstitusiya Məhkəməsinin keçmiş sədr müavini Sona Salmanova və keçmiş hakimlər Cavid Hüseynov, Anar Sadıqov, Novruz Kərimov, Coşqun Abdullayev, Mirzə Tağızadə və Füzuli Pənahov da yer alıb. 

C.Hüseynov 2013-2014-cü illərdə həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəmə proseslərini aparmaqla tanınır. O, 2014-cü ilin mayında hərəkatın 8 üzvünə 6 ildən 8 ilə qədər həbs cəzası vermişdi. 

Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli biliniblər. NİDA üzvləri isə ittihamları rədd edib, siyasi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyiblər. 

Ali Məhkəmə 2021-ci ildə Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə, bir il sonra isə Məmməd Əzizov və Şahin Novruzluya bəraət verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir

20 noyabr 2026

sosial media

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun 6 günlük intizam cəzası alaraq cərimə kamerasına (“kars”) yerləşdirildiyi bildirilir. Məhbusun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, Yusifov noyabrın 18-də cəza kamerasına salınıb. Onun sözlərinə görə, buna noyabrın 14-də ailə görüşü zamanı Yusifovla müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəb olub. Əhmədova bildirib ki, iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib. O bildirib ki, müəssisə əməkdaşları ailədən...
Ölkə

Rusiya pasportu ilə Antarktidaya gedən azərbaycanlı bloger Ermənistana buraxılmadığını deyir

18 noyabr 2026

Foto:şəsxi arxiv

Azərbaycanlı əsilli bloger, Rusiya vətəndaşı Rüstəm Şükürov 100 dollar büdcə ilə Moskvadan Antarktidaya səyahət layihəsi çərçivəsində Ermənistana buraxılmadığını deyib. “OC Media”nın məlumatına görə, Şükürov dostları ilə sentyabrın 20-də avtostopla yola çıxıb. Onun sözlərinə görə, Ermənistan sərhədinədək heç bir pul xərcləmədən gəlib çatıb, lakin sərhəd-keçid məntəqəsində ölkəyə girişinə icazə verilməyib. Bloger bildirib ki, Ermənistan səfərin əsas məqsədi deyil, İran və daha sonra Afrika istiqamətində nəzərdə tutulan uzun marşrutun bir hissəsi idi. “Ermənistan böyük səyahət marşrutumun tərkib hissəsi idi. Ermənistandan İrana, oradan da Afrikaya getməyi planlaşdırırdım. Bu, dostumla həyata keçirdiyimiz ikinci böyük səyahət layihəsidir. İlk dəfə Rusiyadan Balidək avtostopla getmişdik”, - Şükürov...

Seçilmiş Videolar

Toplum TV loqo