Ölkə

Peskov: Azərbaycanın ruslara hörmət etməsi vacibdir 

21 İyul, 2025
73

Foto: AP

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın AZAL təyyarəsinin qəzasına görə Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşmasına münasibət bildirib. 

Peskov deyib ki, bu, Azərbaycanın hüququdur:

“Bizim təhqiqatımız davam edir. Lakin Azərbaycan belə bir qərar verərsə, bu onların hüququdur. Biz isə təhqiqatın rəsmi nəticəsini gözləyəcəyik”.

İki ölkə arasındakı ümumi gərginləyə də toxunan Kreml sözçüsü münasibətlərin “çətin dövrdən” keçdiyini vurğulayıb. 

“Münasibətlərin, həqiqətən də, möhkəm təməli var, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq mövcuddur. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər baş verir. İndi belə dövrlərdən biridir, ümid edirik ki, keçəcək”, - Peskov bildirib.

O, Azərbaycanın ruslara “hörmət etməsinin vacib” olduğunu deyib və xatırladıb ki, Rusiyada da böyük Azərbaycan diasporu var və onların “demək olar ki hamısı qanuna tabedir”. 

İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev ötən ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu və Azərbaycanın beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyini deyib. 

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan və Rusiya arasında gərginliyin son mərhələsi isə iyunun 27-də Yekaterinburq şəhərində iki azərbaycanlının hüquq-mühafizə orqanları tərəfindən ölümü ilə başlayıb. Reydlər nəticəsində onlarla şəxs saxlanılıb. 

Buna cavab olaraq, Azərbaycanda da “Sputnik Azərbaycan”ın rusiyalı işçiləri və əlavə bir qrup rusiyalı şəxslər həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İranda saxlanılan azərbaycanlılar buraxılıb - YENİLƏNİB 

20 İyul 2025

Foto: "Gündəlik Naxçıvan"

İyulun 19-da Bakıdan Naxçıvana avtobusla gedən və İran gömrüyündə saxlanılan azərbaycanlılar buraxılıblar.  APA-nın xəbərinə görə, avtobusların hərəkəti bərpa olunub və onlar Naxçıvana çatıblar.  Xəbərdə bildirilir ki, Bakı-Naxçıvan reysi üzrə hərəkət edən 3 avtobus ilə bağlı İran tərəfindən Azərbaycana əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. **** İrandan keçməklə avtobusla Bakıdan Naxçıvana gedən 50-yə yaxın sərnişinin İran gömrükçüləri tərəfindən saxlanıldığı bildirilir.  Bu barədə "Gündəlik Naxçıvan" səhifəsi xəbər yayıb.  Avtobus sərnişinlərinin verdiyi məlumata görə, üç avtobusun sərnişinləri iyulun 19-da gecə saatlarında İran gömrüyünü keçdikdə saxlanılıb və yaxınlıqdakı məscidə göndəriliblər. İran gömrükçüləri tərəfindən onlara ərazidən 1 kilometrdən artıq uzaqlaşmamağın tapşırıldığı...
Ölkə

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinə cinayət işi açılıb 

16 İyul 2025

Foto: APA

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri olan Şahin Şıxlinskinin barəsində cinayət işi açıldığı, oğlunun isə saxlanıldığı bildirilir.  Bu barədə iyulun 16-da APA xəbər yayıb.  Məlumatda deyilir ki, Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə ittiham olunur.  Onun oğlu Mutvalı Şıxlinskinin isə Rusiya İstintaq Komitəsində dindirildiyi, ondan iyulun 1-də atasının saxlanılması zamanı baş vermiş insidentlə bağlı izahat alındığı bildirilir.  Ş.Şıxlinski daha öncə iyulun 1-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra buraxılıb. O saxlanılan zaman olduğu avtomobili idarə edən oğlu M.Şıxlinski isə avtomobillə hüquq-mühafizə orqanı əməkdaşlarından birini vurub.  Digər xəbərdə isə iyunun 27-də Yekaterinburqda...

Seçilmiş Videolar

Toplum TV loqo