Ölkə

İran səfiri: “Xankəndi Kommünikesi” İranın mövqeyini əks etdirmir 

9 İyul, 2025
79

Foto: Armenia News

İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə qəbul olunan “Xankəndi Kommünikesi” sənədinin ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini deyib. 

O, “Armenpress” xəbər agentliyinə bildirib ki, İran İƏT sədrliyini həyata keçirən Azərbaycana sənədlə bağlı qeyd-şərtlərini yazılı formada təqdim edib. 

Səfirin sözlərinə görə, sənəd üzv dövlətlərin yox, yalnız təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini özündə əks etdirir. 

“İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində qəbul edilmiş bəyanatla bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu kommunikenin bəzi müddəalarını, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını təlqin edən saxta anlayışları da qəbul etmirik’, - Sobhani deyib. 

Onun dediyinə görə, bu cür ifadələr İranın Ermənistanla bağlı “prinsipial və uzunmüddətli mövqeyinə ziddir və nə təsdiq, nə də dəstəyə layiqdir”.

“İran Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləməyə davam edir və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayır”’, - o əlavə edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə iyulun 9-da Sobhaniyə cavab verərək onun fikirlərini “qəbuledilməz” adlandırıb. 

O, “Xankəndi Kommünikesi”nin “sammitin sədrinin xülasəsi formatında tərtib edilib təşkilatın veb-saytında dərc ediləcəyinin” İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığını deyib. 

“Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb. Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir. Bununla əlaqədar, İran səfirinin Ermənistanın “Armenpress” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, - XİN sözçüsü əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Fikrət Cəfərli: “Məqsəd hüquq müdafiəçisi olaraq məni susdurmaqdır” 

9 İyul 2025

Foto: VOA

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə işdə təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə o, iyulun 8-də “Facebook” səhifəsində xəbər verib.  Hüquq müdafiəçisi bildirib ki, ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb.  Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov E.Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsinə qərar verib.  Əliyev məhkəmədə Cəfərlinin ona böhtan atdığını və “işgüzar nüfuzuna zərər vurduğunu” iddia edib. O, məhkəmədən Cəfərlinin Cinayət Məcəlləsinin böhtan maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Vəkilin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə...
Ölkə

Memar: "Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar"

8 İyul 2025

Foto: Əkinçi

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan ailələrin köçürülməsi davam edir.  Memar və ictimai fəal Abdul Hüseynov iyulun 7-də "Facebook" səhifəsində Bayırşəhərdə, Təzəpir məscidi yaxınlığında yaşayan daha bir ailənin köçdüyünü xəbər verib.  O qeyd edib ki, Əlövsət Quliyev küçəsində yaşamış ailə Xırdalana köçməyə hazırlaşır.  "Onlar Bayırşəhər ərazisini tərk edərək Xırdalana köçməyə məcbur qalırlar. Təbii ki, bu, onların haqqıdır. Lakin son zamanlar gördüyümüz kimi yerli əhalini bu tarixi ərazidən, yerindən-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar", - Hüseynov deyib.  Sakinlərin Bayırşəhərdən köçməsi ərazidə son aylarda tarixi məhəllələrin sökülməsi fonunda baş verir. Hökumətyönlü media bəzi sakinlərin təklif olunan təzminata razılaşmadığını, buna görə...

Seçilmiş Videolar

Toplum TV loqo