Foto: APA
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatlar dəyişir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin iyulun 14-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırma və istifadə zamanı yaranan çətinlikləri aradan qaldırmaq məqsədi daşıdığı qeyd olunur.
Yeni vəsiqələrdə yaşayış yeri və vətəndaşlıq məlumatları əks olunacaq, ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar isə yalnız idarələrarası məlumat-axtarış sistemi (IAMAS) vasitəsilə saxlanılacaq.
Çipdə yalnız ən vacib məlumatlar qalacaq.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Vəsiqənin verilməsi və dəyişdirilməsi qaydalarına da yeniliklər edilib.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə