Ölkə

Reyestrdən keçməyən çap mediaları cərimələnəcək

14 İyul, 2025
78

Foto: açıq mənbə

Media reyestrindən keçmədən fəaliyyət göstərən çap mediaları 5000 manatadək cərimələnəcək. 

APA xəbər verir ki, iyulun 14-də Milli Məclis bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi qəbul edib. 

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni (381.15) maddə əlavə olunub. Bu maddə ilə media reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik üçüncü oxunuşda qəbul olunub. 

2021-ci ilin dekabrın 30-da Azərbaycan parlamenti media haqqında qanun qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev qanunu 2022-ci ilin fevralında imzalayıb.

Qanun media sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.

Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, media reyestri yaradılması məsələlərini əhatə edir və gizli çəkiliş aparılmasını qadağan edir. 

Qanunun qəbulu ərəfəsində bir çox müstəqil jurnalist etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Bundan sonra şəxsiyyət vəsiqəsinə yaşayış yeri də əlavə ediləcək

14 İyul 2025

Foto: APA

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatlar dəyişir.  APA-nın xəbərinə görə, bu, Milli Məclisin iyulun 14-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliklərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırma və istifadə zamanı yaranan çətinlikləri aradan qaldırmaq məqsədi daşıdığı qeyd olunur. Yeni vəsiqələrdə yaşayış yeri və vətəndaşlıq məlumatları əks olunacaq, ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar isə yalnız idarələrarası məlumat-axtarış sistemi (IAMAS) vasitəsilə saxlanılacaq.  Çipdə yalnız ən vacib məlumatlar qalacaq.  Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi)...
Ölkə

Azərbaycan ifadə azadlığına görə dünyada 144-cü yerdədir 

11 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan illik hazırlanan “Dünya İfadə Hesabatı”nın 2025-ci il üçün olan reytinqində 161 ölkə arasında 144-cü yeri tutub.  Bununla da, Azərbaycan ifadə azadlığı baxımından “krizisdə olan” ölkələr kateqoriyasında yer alıb.  Azərbaycana qonşu ölkələrdən Ermənistan 59-cu, Gürcüstan 77-ci, Türkiyə 137-ci, İran 140-cı, Rusiya isə 151-ci yerdə qərarlaşıb.  Siyahıya ardıcıl olaraq Danimarka, İsveçrə və İsveç başçılıq edib. Sonuncu yerə isə Şimali Koreya layiq görülüb.  Hesabat müəllifləri bildirir ki, son 10 ildə dünyada 5,6 milyarddan çox insan ifadə azadlığında geriləmədən əziyyət çəkib. 77 ölkə reytinqdə aşağı düşüb və hazırda yalnız 35 ölkə ifadə azadlığı baxımından “sərbəst” kateqoriyasında yer alır.  Hesabata əsasən, cəmi 15 ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo