Bura Yasamal rayonu ərazisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Qələbə dairəsindən başlayaraq yolboyu ağacları dibindən çıxarır.
Məsələ ilə bağlı sualı Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlayırıq. Agentliyin sözçüsü Anar Nəcəfli Toplum Tv-yə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həmin ağaclar müxtəlif ərazilərə köçürülür.
Ekoloq Sadiq Həsənov isə indi ağacların inkşaf dövrü olduğu üçün ağaclarının yerinin dəyişilməsininn doğru olmadığını deyir:
“İndi ümumiyyətlə ağacların vegetasiya dövrüdür. Ağaclar nə vaxt budanır, yaxud yeri dəyişilir? Bu əsasən payız aylarında ağacın yarpaqlarının töküldüyü vaxtdan başlayaraq, fevral ayına qədər davam edir. İndi artıq bu ağacların inkşaf dövrüdür və bu dövrdə ağacların nə yerinin dəyişilməsi, nə də budanması hadisəsi olmamalıdır. Bu ağaclara həddindən artıq zərər verir və sonradan onların qurumasına səbəb olur.”
Son üç həftə ərzində mediada ağacların kəsilməsilə bağlı iki hadisə işıqlandırılıb. Nəsimi rayonunda ağaclar budanmaq adə ilə sıradan çıxarılıb, Binəqədi rayonu ərazisində isə dibindən kəsilib. Bina sakini Bahar Əliyeva yaşadıqları həyətin özəlləşdirilib, ağacların necə kəsilməsindən danışır.
Ekoloq Sadiq Həsənov əlavə edir ki, Bakıda yaşıllıq sahələrini azaldılmasının gələcək üçün yaxşı heç nə vəd etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbədən götürülüb
Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”
Toplum TV
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”