Region

Ceyhun Bayramov: "Eksklav kəndlərin məsələsi öz həllini tapacaq”

9 İyul, 2026
17

Azərtac

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sərhəddəki delimitasiya işlərindən danışıb. 

O, iyulun 9-da jurnalistlərə deyib ki, sərhədin 13 kilometrə yaxın hissəsində delimitasiya işləri başa çatıb. 

"Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Eksklav kəndlərin məsələsi də öz həllini tapacaq”, - nazir əlavə edib. 

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 9-da keçirdiyi brifinqdə nazirin açıqlaması haqda suala cavab verib. O deyib ki, bu mövzuda hər hansı yenilik yoxdur. 

"Lakin bu məsələnin həlli bizim də marağımızdadır, çünki Artsvaşen kəndi [azərbaycanca Başkənd] eksklav statusunda Azərbaycanın nəzarəti altındadır və 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərə uyğun olaraq Ermənistan Respublikasının suveren ərazisidir", - o qeyd edib. 

Paşinyan ötən ilin noyabrında da Başkəndin geri alınmalı olduğu haqqında açıqlama vermişdi. 

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılıq etdiyi komissiyalar tərəfindən aparılır. 

Dövlət sərhədinin delimitasiyası üçün dövlət komissiyaları 2022-ci ildə yaradılıb. Əvvəlcə komissiyalar arasında vasitəçilik Moskva və Brüssel tərəfindən aparılsa da, sonradan komissiyalar vasitəçisiz görüşməyə başlayıblar. 

Sovet dövründə Ermənistanın Azərbaycan daxilində, Gədəbəy rayonunda yerləşən Başkənd adlı bir eksklav kəndi olub.

Azərbaycanın isə Ermənistan daxilində 4 eksklavı olub. Bunlar Qazax rayonuna tabe Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvana tabe Kərki kəndləridir. 

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bu kəndlərin sərhədin delimitasiyası nəticəsində qaytarılacağını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Ermənistanda müxalif siyasətçinin evində və şirkətlərində axtarış aparılır

6 İyul 2026

Sputnik Armenia

Hüquq-mühafizə orqanları Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının sədri və iş adamı Qaqik Tsarukyanın evində axtarış aparır. Partiyanın mətbuat katibi İveta Tonoyanın "Facebook" hesabında yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları vəkillərin evə daxil olmasına icazə verməyiblər. İyunun sonunda Ermənistanın Baş Prokurorluğu Qaqik Tsarukyan barəsində cinayət işinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. O, xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur. MSK bildirib ki, Baş Prokurorluğun vəsatətinə Konstitusiya Məhkəməsi parlament seçkiləri ilə bağlı şikayətlərə baxdıqdan sonra baxacaq. İveta Tonoyanın sözlərinə görə, Tsarukyana məxsus şirkətlərin ofislərində də axtarışlar aparılır. O bildirib ki, "Multi Group" holdinqinə daxil olan demək olar ki, bütün...
Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...

Seçilmiş Videolar

Toplum TV loqo