Reuters
Gürcüstan parlamenti “rəqəmsal köçərilər” üçün yeni viza ilə bağlı qanun dəyişikliklərini yekun oxunuşda qəbul edib. Qəbul edilən dəyişikliklərə əsasən, bu viza yüksək gəlirə malik, xarici şirkətlər üçün məsafədən çalışan əcnəbilər üçün nəzərdə tutulub. C5 kateqqoriyalı çoxgirişli, qısamüddətli viza sayılır və beş ilə qədər qüvvədə qalır. Viza sahibinə Gürcüstanda 12 ayadək fasiləsiz qalmaq imkanı verir. Dəyişikliklər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna edilir.
Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə irəli sürülən bu dəyişikliyin məqsədi digər ölkələrdə tətbiq olunan “rəqəmsal köçəri” modellərinə uyğun mexanizm yaradaraq, ölkəyə maliyyə baxımından təminatlı mütəxəssisləri cəlb etməkdir.
Yeni qaydalara əsasən, viza yalnız “təhlükəsiz ölkələr”in vətəndaşlarına şamil olunacaq. Müraciət edən şəxslər Gürcüstana turistik məqsədlə daxil olmalı və yalnız xarici şirkətlər üçün işləməlidirlər. Eyni zamanda, viza onların ailə üzvlərinə, həyat yoldaşına və 18 yaşadək uşaqlarına da verilə bilər. “Təhlükəsiz ölkələr” siyahısı isə açıqlanmayıb.
C5 vizasının rüsumu 20-500 ABŞ dolları arası müəyyən edilib.
Son dövrlərdə Gürcüstanda əcnəbilərlə bağlı qanunvericilik sərtləşdirilib. Ölkədə qalma müddətinin pozulmasına görə cərimələr artırılıb, həmçinin etiraz aksiyalarında iştirak qaydalarının pozulması deportasiya üçün əsas kimi müəyyən edilib. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, 2025-ci ilin ilk 11 ayı ərzində ölkədə qanunsuz əsaslarla yaşayan 1131 əcnəbi ölkədən çıxarılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”