Region

Naxçıvanda Duz Muzeyi ləğv edilib 

11 Noyabr, 2025
333

Foto: açıq mənbə

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Duz Muzeyi ləğv edilib.

Bu barədə məlumatı “AZƏRTAC”a nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli verib.

Onun sözlərinə görə, muzey “Duzdağ” otelinin balanssaxlayıcısının dəyişməsi ilə əlaqədar 2023-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.

“Muzeydəki 138 eksponatın əksəriyyəti duz materialından hazırlanıb. Eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil veriləcək və orada xüsusi guşədə sərgilənəcək. Tarix Muzeyi həm daha çox ziyarətçi qəbul edir, həm də xalqımızın tarixi və mədəni irsinin nümayişi üçün daha uyğun məkandır”, - deyə Hüseynli bildirib.

Naxçıvan Duz Muzeyi 2017-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı ilə yaradılıb, 2018-ci ilin aprelində isə fəaliyyətə başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

ABŞ: "Tramp marşrutu”nda gömrük və sərhəd xidməti Ermənistanın nəzarətində olacaq

14 İyul 2026

primeminister.am

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bu ayın əvvəlində jurnalistlərə deyib ki, "Tramp marşrutu" ölkənin üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları ilə idarə olunacaq.  "Azadlıq Radiosu"nun erməni xidməti bu açıqlamaya cavab almaq üçün ABŞ Dövlət Departamentinə sorğu göndərib. Dövlət Departamenti cavabında bu iddiaya münasibət bildirməsə də, marşruta Ermənistanın nəzarət edəcəyini qeyd edib.  "Tramp marşrutu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur. Sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyalar Ermənistanın nəzarəti altında qalır, Ermənistan hakimiyyəti onlara nəzarəti həyata keçirir və əsas qərarları qəbul edir", - açıqlamada deyilir.  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə daha əvvəl "Tramp marşrutu"nda pasport...
Region

Ceyhun Bayramov: "Eksklav kəndlərin məsələsi öz həllini tapacaq”

9 İyul 2026

Azərtac

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sərhəddəki delimitasiya işlərindən danışıb.  O, iyulun 9-da jurnalistlərə deyib ki, sərhədin 13 kilometrə yaxın hissəsində delimitasiya işləri başa çatıb.  "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Eksklav kəndlərin məsələsi də öz həllini tapacaq”, - nazir əlavə edib.  Ermənistan baş naziri Nikol Paşinyan iyulun 9-da keçirdiyi brifinqdə nazirin açıqlaması haqda suala cavab verib. O deyib ki, bu mövzuda hər hansı yenilik yoxdur.  "Lakin bu məsələnin həlli bizim də marağımızdadır, çünki Artsvaşen kəndi [azərbaycanca Başkənd] eksklav statusunda Azərbaycanın nəzarəti altındadır və 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərə uyğun olaraq Ermənistan Respublikasının suveren ərazisidir", -...

Seçilmiş Videolar

Toplum TV loqo