Region

Tbilisidə Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikintisi üçün sakinlərin torpaqları müsadirə olunacaq

8 Aprel, 2026
67

President.az

Tbilisidə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adına Mədəniyyət Mərkəzinin tikilməsi planlaşdırılır. 

Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin aprelin 7-də verdiyi əmrdə qeyd olunub. 

Sənədə əsasən, mərkəzin tikilməsi üçün dövlətlə bir neçə sahibkar arasında 5380 kvadrat metr sahəsi olan torpaq sahəsinin alınması üzrə artıq razılaşma əldə olunub.

Sənəddə, həmçinin, bildirilir ki, 5 sakin torpaqlarının satışına razı olmayıb və dövlət buna görə də onların torpaqlarını müsadirə yolu ilə əldə edib.

Bildirilir ki, Gürcüstan tərəfi torpağın alışını, Azərbaycan isə mərkəzin tikintisini maliyyələşdirəcək. 

Mərkəz Azərbaycan səfirliyinin yerləşdiyi İbrahim İsfahanlı küçəsində, hazırda işlək olmayan hamamın yerində tikiləcək. 

Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana birgünlük rəsmi səfər edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Gürcüstan “rəqəmsal köçərilər”ə viza verəcək

16 Aprel 2026

Reuters

Gürcüstan parlamenti “rəqəmsal köçərilər” üçün yeni viza ilə bağlı qanun dəyişikliklərini yekun oxunuşda qəbul edib. Qəbul edilən dəyişikliklərə əsasən, bu viza yüksək gəlirə malik, xarici şirkətlər üçün məsafədən çalışan əcnəbilər üçün nəzərdə tutulub. C5 kateqqoriyalı çoxgirişli, qısamüddətli viza sayılır və beş ilə qədər qüvvədə qalır. Viza sahibinə Gürcüstanda 12 ayadək fasiləsiz qalmaq imkanı verir. Dəyişikliklər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna edilir.  Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə irəli sürülən bu dəyişikliyin məqsədi digər ölkələrdə tətbiq olunan “rəqəmsal köçəri” modellərinə uyğun mexanizm yaradaraq, ölkəyə maliyyə baxımından təminatlı mütəxəssisləri cəlb etməkdir. Yeni qaydalara əsasən, viza yalnız “təhlükəsiz ölkələr”in...
Region

Avropa İttifaqı Ermənistana ikinci mülki missiya göndərməyə razılaşıb

15 Aprel 2026

Shutterstock

Avropa İttifaqı (Aİ) səfirləri aprelin 15-də Brüsseldə Ermənistana ikinci mülki missiya göndərmək barədə qərar verib.  "Azadlıq Radiosu”-nun erməni xidmətinin məlumatına görə, qərarın gələn həftə Aİ ölkələri xarici işlər nazirlərinin iclasında təsdiqlənməsi gözlənilir.  Xidmət Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın imzası olan təklif sənədinə istinad edərək bildirir ki, missiyanın Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməsi, bunun üçün yerli nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər təqdim etməsi nəzərdə tutulub.  Bundan əvvəl isə missiyanın zəruriliyini əsaslandıran bir sənəddə Aİ-nin Xarici İşlər Nazirliyi bildirmişdi ki, iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri, eləcə də mümkün konstitusiya referendumu təkcə ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo