Siyasət

AŞ: Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

27 Aprel, 2022
1592

Avropa Şurası

Ötən il dekabrın sonunadək Avropa Şurası üzvləri ərazisində 56 jurnalist və media işçisi həbsdə olub. Həmin ölkə və ərazilər Azərbaycan, Rusiya Federasiyası, Ukraynanın Rusiya tərəfindən qanunsuz ilhaq olunmuş Krım yarımadası, Türkiyə və Böyük Britaniyadır.

Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının illik hesabatında belə deyilir. Hesabat “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlanır.

Hesabata görə, medianın zəbti, yəni özəl mediaya dolayısı ilə hökumətin nəzarət etməsi azalmayıb: «Bu nəzarət ya media sahibləri ilə rahat münasibət qurmaq, ya da onlara təzyiq göstərməklə həyata keçirilir. Nəticədə hökumətə dost güclü media sistemi formalaşır, bu media ölkəboyu ideya və informasiyanı yayır, müxalif və fərqli düşünənləri çıxdaş edir», hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, Türkiyə, Azərbaycan və Rusiya rəhbərləri illərdir bu taktikadan istifadə edirlər, onların dizayn verdiyi “model” Macarıstan və Polşa kimi digər üzv ölkələrdə mənimsənilir: "Bu iki ölkə medianı nəzarətə almaq cəhdlərinə görə Avropa İttifaqının nəzarəti altındadır. Sloveniya da bu yolla gedir”.

"Azərbaycan hakimiyyəti ölkədə media azadlığının təmin olunduğunu desə də, bir sıra müstəqil və müxalif media saytlarının bağlanması, bu ilin əvvəlində qüvvəyə minmiş yeni media qanunu bunun əksini deməyə əsas verir. Beynəlxalq media və insan haqları təşkilatları Azərbaycan hakimiyyətini dövlətin mediaya nəzarətini gücləndirə biləcək qanunu ləğv etməyə çağırıb", - Hesabatda bildirilir.

Hesabatda Azərbaycan, Macarıstan və Polşanın «Pegasus» izləmə proqramından istifadə etdiyi də yer alır.

Qurumun hesabatında Azərbaycanda dörd jurnalistin (Əfqan Sadıqov, Aslan Qurbanov, Elçin Məmməd və Polad Aslanov) həbsdə olduğu vurğulanır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb

17 İyun 2026

VOA

Azərbaycan hökuməti bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb, onlara təzminat ödəməyə razılaşıb.  Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb. Hüquqlarının pozulduğunu iddia edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət ediblər.  Şikayətçilər ərizələrində ölkədə dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bununla bağlı şikayətlərinə isə baxılmadığını bildiriblər. Ərizəçilər məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə...
Siyasət

"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır 

17 İyun 2026

Sosial media

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb.  Təşkilat yayımladığı bəyanatda bildirib ki, R.Səfərovun iyunun 12-də səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda "artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir".  Bəyanatda xatırladılır ki, R.Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nı almaq üçün Vaşinqtona səfər edəcəkdi.  "Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar...

Seçilmiş Videolar

Toplum TV loqo