Məhkəmə

Rusiya-Ukrayna müharibəsində döyüşmüş azərbaycanlılara 3-5 il həbs cəzaları verilib 

11 iyun, 2026
146

Açıq mənbə

Rusiya-Ukrayna müharibəsində iştirak etmiş və Azərbaycanda həbsdə olan şəxslərə 3 ildən 5 ilədək həbs cəzaları verilib.

"Azadlıq Radiosu"nun məlumatına görə, onların məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib və yaxın vaxtlarda yekunlaşıb.

32 yaşlı Murov Mirhəşimli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Beyləqan sakini olan Mirhəşimli 2023-cü ilin martından 2024-cü ilin oktyabrınadək Ukrayna tərəfində müharibədə iştirak etməkdə təqsirli bilinib.

O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib: "Təzyiq göstərib seçim qarşısında qoydular: ya cinayət işi başlanacaq, ya da müharibəyə gedəcəyəm. Müharibəyə getməyə razılaşdım".

33 yaşlı Fariz Hüseynov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. O, 2024-cü ilin aprel-avqust aylarında Donetsk vilayətində Rusiya tərəfində döyüşməkdə təqsirli bilinib.

F.Hüseynov məhkəmədə özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu deyib.

35 yaşlı Real Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası alıb. O, Donetsk vilayətinin Baxmut şəhərində "Vaqner" qruplaşmasının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirli bilinib.

Müharibədən əvvəl Rusiyada həbsdə olduğunu bildirən R.Nəbiyevin sözlərinə görə, məhkumlara azadlığa buraxılmaları müqabilində altı ay müharibədə iştirak etmək təklif olunub. Onlara aylıq 220 min rubl (təxminən 5 min manat) maaş və Rusiya vətəndaşlığı vəd edilib.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci (ölkədən kənarda Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələri ilə ittiham olunublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo