Siyasət

Elçin Sadıqovun müdafiəsinə 15-dən çox vəkil qoşulub

13 sentyabr, 2022
2567

Sosial Media

Elçin Sadıqovun həbsi ilə bağlı apellyasiya şikayətinə 15 sentyabr saat 15:30-da baxılacaq. 

Bu barədə hüquqşünas Şəhla Hümətova sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, işə hakim Zəki Babayev baxacaq. 

E. Sadıqovun həyat yoldaşı Zibeydə Zəkariyyəyeva isə sosial media hesabında məlumat verib ki, E. Sadıqov 3 gündür evə zəng etmir, həmçinin ona vəkilləri ilə görüşə icazə verilmir. 

https://toplum.tv/siyaset/evez-zeynallinin-apellyasiya-sikayeti-temin-edilmedi

E.Sadıqovun müdafiəsinə qoşulan vəkillərin sayı isə artmaqdadır. Son məlumata əsasən, müdafiə prosesinə 17 vəkil qoşulub. 

1. Şəhla Hümbətova
2. Bəxtiyar Hacıyev 
3. Rəsul Cəfərov 
4. Qanqa İbrahimov 
5. Əsabəli Mustafayev 
6. Rüstəm Zülfüqarov 
7. Rövşanə Rəhimli 
8. İlqar Rüstəmov 
9. Əbülfəz Zeynalov 
10. Fariz Namazlı
11. Nemət Kərimli 
12. Asif Allahverdiyev 
13. Cavad Cavadov
14. Babək Həmidov
15. Hafiz Həsənov
16. Elmar Süleymanov
17. Xaliq Hüseynov


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo