Siyasət

Füzulidə 50 min nəfərlik şəhər salınacaq

18 Oktyabr, 2021
2781

AzərTac

“Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək”.

Bunu, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü və Baş planla tanışlıq zamanı Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. "AzərTac"ın məlumatında deyilir. 

A. Quliyev bildirib ki, Füzuli şəhəri, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır: “Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, torpaq da yaxşı, münbit torpaqdır. “İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”.

Prezident Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib ki, Füzuliyə həyat qayıdır.

İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir: “Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Aclıq, işğal, qətliam: Fələstinin tanınması nəyi dəyişəcək? 

1 Avqust 2025

Foto/kollaj: Toplum TV

Qəzza zolağında humanitar böhran və İsrailin qətliamının davam etdiyi vaxt bir sıra Qərb ölkələri Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.  Əvvəlcə Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Ardınca Kanada və Malta liderləri də eyni addımı atacaqlarını deyiblər.  Böyük Britaniya Baş naziri Kir Starmer də oxşar bəyanatla çıxış edib, lakin o, bunu İsrail Qəzzada atəşkəsə razılaşmayacağı halda edəcəyini qeyd edib.  Portuqaliya Baş naziri Luis Monteneqro isə Fələstini dövlət kimi tanımağı ölkə prezidenti və parlamenti ilə müzakirə edəcəyini deyib.  Bəyanatlar ölkələrin İsrailin Qəzzada apardığı müharibə, blokada və yaranan aclıq...
Siyasət

Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub 

31 İyul 2025

Foto: Leonie Asendorpf

Almaniyanın Münhen şəhər məhkəməsi keçmiş Bundestaq üzvü Eduard Lintneri Azərbaycan hakimiyyəti adından almaniyalı məmurlara rüşvət vermək ittihamı ilə doqquz ay şərti həbs cəzasına məhkum edib.  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) xəbərinə görə, bununla, o, Almaniya tarixində belə bir cinayətdə təqsirli bilinən ilk qanunverici olub. 80 yaşlı Lintner məhkəmədə özünü təqsirli bilməyib və altı ay davam edən proses boyunca özünü “Azərbaycanın dəstəklənməsini şərəfli motivlərlə həyata keçirən qanuni lobbiçi” kimi təqdim edib. Lakin, iyulun 30-da Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğuna qərar verib. Bundestaqda 33 il deputat olmuş Lintner 2017-ci ildə “OCCRP” və...

Seçilmiş Videolar

Toplum TV loqo