Siyasət

Lukaşenkoyla Əliyev 5 saat nədən danışıblar?

14 aprel, 2021
2020

Prezident.az

Azərbaycanda işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 13-də baş tutan görüşünün 5 saat davam etdiyi bildirilir.

“Görüşdə Belarusun düşdüyü ağır vəziyyətdən çıxış yollarının axtarılması müzakirə edilə bilərdi”. 

Politoloq Şahin Cəfərli “Toplum TV”-yə açıqlamasında belə deyib.

Şahin Cəfərli Foto: Sosial media

O, ötən ilin avqustunda keçirilən prezident seçkilərindən sonra Belarusda siyasi və iqtisadi böhranın dərinləşdiyini xatırladıb. 

“Əlbəttə, etiraz aksiyalarının yatırılmasında Rusiya amilinin böyük rolu oldu. Rusiya bu ölkədə hadisələrin inqilabi ssenari üzrə getməsində və hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı olmadığından Lukaşenkoya dəstək verir. Buna baxmayaraq Moskvada Lukaşenkoya münasibət heç də birmənalı deyil”. 

Politoloqun fikrincə, Belarusda hakimiyyət dəyişikliyinin və ya inqilabın Rusiyadaxili proseslərə təsirli qaçılmazdır, bu baxımdan Putin Lukaşenko hakimiyyətinə dəstək verir: 

“Digər tərəfdən Moskvanın Lukaşenkodan ciddi gözləntiləri var, tələb edir ki, Rusiya-Belarus ittifaq dövləti çərçivəsində inteqrasiya daha da dərinləşsin. Yəni faktiki olaraq söhbət Belarusun öz müstəqilliyindən, suverenliyindən imtina edərək de-fakto Rusiyanın tərkibinə keçməsindən gedir. 

Minsk hər nə qədər Moskvanın siyasi-maddi dəstəyinə ehtiyac duysa da, Putinin indiyə qədər bu tələblərinə razılıq verməyib. Lukaşenko dəfələrlə bəyan edib ki, müstəqil Belarus dövlətini dəfn etmək istəmir. Bu baxımdan çətin bir vəziyyət yaranıb”. 

Şahin Cəfərli hesab edir ki, siyasi-iqtisadı böhranla üzləşən Belarus prezidentinin həm öz hakimiyyətini, həm də ölkəsinin müstəqilliyini qoruyub saxlamaq üçün ciddi maddi dəstəyə ehtiyacı var. 

“Ötənilki etiraz aksiyalarından sonra Lukaşenko iki dəfə Rusiyaya səfər edib. Nəticədə Rusiya Belarusa cəmi 1,5 milyard dollar kredit xətti açıb. Bu, çox cüzi məbləğdir. Ona görə də Lukaşenko başqa mənbələr axtarır. Düşünürəm ki, onun səfərinin əsas məqsədi məhz budur. Biz bilirik ki, yaxın keçmişdə Azərbaycan Belarusa kredit vermişdi. Buna görə də əminəm ki, beş saatlıq görüşdə də əsas müzakirə mövzusu maddi məsələlər olub”. 

Şahin Cəfərli rəsmi Minskin Azərbaycana yeni silahlar satmasını da istisna etmir. 

“Yaxın keçmişdə belə bir sövdələşmə olub. Azərbaycan Belarusdan “Polonez” reaktiv atəş sistemi satın alıb. Lukaşenko alış-verişi daha da genişləndirməkdə və yeni silahlar satmaqda maraqlıdır. Bu da öz növbəsində ona iqtisadi dəstək ola bilər”. 

Hələlik rəsmi qurumlar görüş haqda heç bir açıqlama verməyiblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo