Siyasət

Minsk Qrupu siyasi dialoqun bərpasına çağırdı

6 may, 2021
1524

Sosial Media

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti  - Fransa və  Endru Şofer - ABŞ) bəyanatla çıxış ediblər. 

"Turan"ın məlumatına görə, həmsədrlər saxlanılan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb və hər iki tərəfi bütün məhbusların, saxlananların və cəsədlərin dəyişməsini tam və tez bir zamanda tamamlamağa, məhbuslarla insani rəftarı təmin etməyə çağırıblar.

Onlar həmçinin 13 aprel açıqlamalarına istinad edərək, tərəfləri münaqişə bölgəsində minalardan təmizləmək  üçün lazım olan bütün məlumatları tgdim etmək, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa giriş məhdudiyyətlərini aradan qaldırmağa səsləyiblər.

"Tərəfləri 13 aprel bəyanatında vurğulanan problemlərə toxunaraq, davamlı sülhə kömək edən qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırıq Buraya həmsədrlərin iştirakı ilə ən  yüksək səviyyədə siyasi dialoqun bərpası da daxildir", - bəyanatda bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo