Siyasət

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur 

11 İyul, 2025
196

Foto: BBC

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistana “Zəngəzur dəhlizi”ni açdırmaq istəməsi xəbərinə münasibət bildirib. 

Ermənistanın “Armenpress” xəbər agentliyinin yazılı sorğusuna cavab verən Dövlət Departamenti sözçüsü Temmi Brus bildirib ki, onlarda bu haqda informasiya yoxdur. 

“Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”, - o əlavə edib. 

Brus iyulun 10-da baş tutan brifinqdə də jurnalistin sualına cavab olaraq bu fikri səsləndirib. 

“Biz, həmçinin, istinad edilən mətbuat xəbərlərini izləyirik və paylaşmaq üçün əlavə məlumatımız yoxdur. Ancaq bildiyiniz kimi, düşünürəm ki, Tramp administrasiyası və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir və onun kabinet iclasında söylədiyi fikirlər də administrasiyanın sülh üçün çalışdığından xəbər verir. Onlar hər şey edəcəklər və hara lazımdırsa, gedəcəklər. Çünki bu, Amerikanı yenidən qüdrətli etmək öhdəliyinin əsasını təşkil edir və əlbəttə ki, ətrafımızdakı dünyanın vəziyyəti yaxşılaşır”, - o deyib.

Rubio iyulun 8-də Trampın kabinet iclasında Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşması əldə edilə biləcəyini deyib. 

Azərbaycan və Ermənistan mart ayında sülh razılaşmasının mətni haqqında razılığa gəlsə də, razılaşma özü hələ də imzalanmayıb.

İyulun 1-də isə Karneqi Rusiya və Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan yazısında Tramp administrasiyasının Azərbaycanı Naxçıvana birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-nin iştirakını təklif etdiyini iddia edib. 

O yazıb ki, Vaşinqton bu təklifin “reallaşması yolunda irəliləməkdə qətiyyətli” görünür və buna əsas səbəb Trampın Nobel Sülh Mükafatı qazanmaq arzusudur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...
Siyasət

'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"

23 İyul 2026

hurriyyet.az

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin ağırlaşdığı bildirilir.  Qardaşı Cəsur Məmmədovun sosial media hesabında verdiyi məlumata görə, jurnalistin ürək xəstəliyi daha da ağırlaşıb və böyrək çatışmazlığı riski yaradıb. "Lazımi tibbi yardım və nəzarətin olmaması səbəbilə xəstəliyi hər keçən gün daha da ağırlaşaraq kritik vəziyyətə çatıb", - o əlavə edib.  C.Məmmədovun sözlərinə görə, iyulun 22-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər.  "Bununla bağlı vəkili vasitəsilə Ədliyyə Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bugünədək Vüqar Məmmədov ciddi həkim nəzarətinə götürülməyib. Ona "belə məsləhətdir" deyilməsi ilə kifayətlənilərək, faktiki olaraq tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo