Siyasət

'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"

23 İyul, 2026
52

hurriyyet.az

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin ağırlaşdığı bildirilir. 

Qardaşı Cəsur Məmmədovun sosial media hesabında verdiyi məlumata görə, jurnalistin ürək xəstəliyi daha da ağırlaşıb və böyrək çatışmazlığı riski yaradıb. "Lazımi tibbi yardım və nəzarətin olmaması səbəbilə xəstəliyi hər keçən gün daha da ağırlaşaraq kritik vəziyyətə çatıb", - o əlavə edib. 

C.Məmmədovun sözlərinə görə, iyulun 22-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər. 

"Bununla bağlı vəkili vasitəsilə Ədliyyə Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bugünədək Vüqar Məmmədov ciddi həkim nəzarətinə götürülməyib. Ona "belə məsləhətdir" deyilməsi ilə kifayətlənilərək, faktiki olaraq tibbi yardım almaq imkanından məhrum edilib. Nəticədə həyatı üçün təhlükə yaradan xəstəliklər daha da inkişaf etməyə başlayıb", - qardaşı yazıb. 

C.Məmmədov qardaşının başına "faciəvi hadisə gələrsə və ya xəstəliyi geridönməz mərhələyə çatarsa, bunun məsuliyyətini Bakı İstintaq Təcridxanasının rəhbərliyi, təcridxananın tibb məntəqəsinin rəisi və Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin" daşıyacağını bildirib. 

V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...
Siyasət

Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

22 İyul 2026

VOA

“Toplum TV”nin həbsdə olan jurnalisti, 13 il həbsi istənən Fərid İsmayılov Milli Mətbuat Günü ilə bağlı ictimaiyyətə məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik. “Artıq 4 ildir ki, Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu keçirilir. Tədbirin təşkilatçısı olan hökumətin adı isə beynəlxalq mediada mətbuat azadlığının pozulmasında hallanır. Tədbir iştirakçılarının peşə etikasının səviyyəsini isə verdikləri suallardan görmək mümkündür. Peşə etikasına hörmət edən heç bir jurnalist bu hökumətin təşkil etdiyi media tədbirində iştirak etməz. Forumu 2023-cü ildən bəri təşkil edən hökumət elə həmin ildən öz ölkəsində müstəqil medianın həbsinə start verib. Forumun məqsədi aydındır: həbsləri pərdələmək. Amma əbəsdir. Burkina-Faso mediasında...

Seçilmiş Videolar

Toplum TV loqo