Siyasət

Paşinyan İTV-yə: Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var

16 May, 2025
109

İTV

Ermənistanın Baş naziri Nikol Paşinyan “İTV”yə verdiyi müsahibədə Azərbaycanın konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirib. 

“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranada olan Paşinyan İTV müxbirinin suallarını cavablandırıb.

O, Ermənistan konstitusiyasında belə bir iddianın olmadığını deyib və bu fikrini Konstitusiya Məhkəməsinin qərarına əsaslandırıb.

Paşinyan martda razılaşdırılmış sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb və əlavə edib ki, bu müqavilə ölkələrin gələcəkdə ərazi iddiaları qaldırmamasını da nəzərdə tutur.

O bildirib ki, müqavilə imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək və uyğunluq təsdiqlənsə, sənəd parlamentdə ratifikasiya olunacaq.

Paşinyan Azərbaycanın iddialarına qarşı ən qısa yolun sülh müqaviləsinin imzalanması olduğunu deyib və əlavə edib ki, Ermənistan Azərbaycanın konstitusiyasındakı iddiaları qabartmır.

ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə toxunan Paşinyan bu istiqamətdə ATƏT-ə müraciəti mümkün sayıb və sülh müqaviləsi ilə birgə imzalanmasını təklif edib.

İTV müxbirinin Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvinə razı olub-olmayacağı ilə bağlı sualına cavabında isə, Paşinyan iddia edib ki, Azərbaycanda “öz ərazisindəki münaqişəni dondurub onu Ermənistan ərazisinə ixrac etmək istəyən qüvvələr var”. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Paşinyanın açıqlamalarını tənqid edərək onun beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını bildirib. Hacızadə Ermənistanın Almatı bəyannaməsini pozduğunu və konstitusiyasının dəyişdirilmədən sülh müqaviləsinin etibarsız qalacağını deyib.

Nazirliyin sözçüsü iddia edib ki, Ermənistan “gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant saxlamağa” çalışır. 

Azərbaycan və Ermənistan mart ayında sülh müqaviləsinin mətni üzərində razılığa gəlsələr də, Azərbaycanın qarşı tərəfdən konstitusiyanın dəyişdirilməsi və Minsk qrupundan çıxmaq kimi tələbləri olduğuna görə müqavilə hələ imzalanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb

16 May 2025

Foto: sosial media

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti bu yaxınlarda Azərbaycanda həbs olunan jurnalist Ülviyyə Əli (Quliyeva) haqqında geniş məqalə dərc edib.  Məqalədə Ülviyyə Əlinin həbsinin təfərrüatları, Donald Tramp administrasiyasının bunda dolayı rolu və ümumilikdə, Azərbaycanda müstəqil jurnalistlərin həbsidən danışılır.  Toplum TV məqalənin tərcüməsini təqdim edir. O, “Amerikanın Səsi” üçün Azərbaycanda insan haqlarını işıqlandırıb, indi isə həbsdədir.  Ülviyyə Əli illərlə “Amerikanın Səsi” üçün çalışıb. Fəllar deyir ki, Trampın ABŞ tərəfindən maliyyələşdirilən media orqanını dağıtmaq üçün atdığı addımlar onu daha böyük risk altına salmış ola bilər. Ülviyyə Əli telefonunu çıxarıb günahsız olduğunu bildirən bir məktub yazmağa tələsdi. Hələ rəsmi olaraq heç bir cinayətlə...
Siyasət

Aynur Elgünəş: “Hakimiyyətin mirzəsi olmadığımız üçün hədəfdəyik”

15 May 2025

Foto: Əkinçi

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) media qurumunun 12 yaşı münasibətilə ictimaiyyətə məktub ünvanlayıb.  Elgünəş məktubunda bildirir ki, “Meydan TV işi” üzrə həbs olunan dörd nəfərin - Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülviyyə Əlinin (Quıiyeva) bu media qurumuna aiddiyatı yoxdur. “Mən bu media orqanının baş redaktoru kimi bir daha bəyan edirəm, adlarını çəkdiyim şəxslərin heç biri Meydan TV-nin işçisi olmayıb və deyil” - o yazıb.  Elgünəş qeyd edib ki, Mövlamlının evində axtarış zamanı tapıldığı iddia olunan pul vəsaitinin də “Meydan TV” ilə əlaqəsi yoxdur.  “Tək bir faktı deyim! Avro ilə maraqlanan hər kəs bilir...

Seçilmiş Videolar

Toplum TV loqo