Siyasət

ABŞ-nin devirdiyi liderlər

14 Yanvar, 2026
235

Foto/kollaj: Toplum TV

Venesuela prezidenti Nikolas Maduronu devirməklə Donald Tramp xarici ölkə liderlərini devirmiş ABŞ prezidentləri siyahısına adını yazdırdı. 

ABŞ hökuməti və kəşfiyyat xidməti ötən əsrin 50-ci illərindən bəri ən az 8 liderin devrilməsindən birbaşa və ya dolayı yolla məsul olub. 

1953-cü ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat Xidməti (CIA) İranın baş naziri, demokratik seçkilərlə seçilmiş Məhəmməd Müsəddiqi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırdı. Tarixçilər deyir ki, bu addım şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətini gücləndirməyi hədəfləyirdi və səbəb Müsəddiqin ölkənin neft sənayesini milliləşdirməsi idi. 

Bir il sonra isə demokratik yolla seçilmiş daha bir lider, Qvatemala prezidenti Yakobo Arbenz də CIA dəstəyi ilə həyata keçirilən bir əməliyyatla vəzifəsindən uzaqlaşdırıldı. ABŞ rəsmiləri həmin vaxt buna əsas kimi Arbenzin kommunist olmasını göstərirdi. Arbenz isə çevrilişdən sonra radioda etdiyi çıxışında demişdi ki, əsl səbəb onun islahatlarla torpaqları ABŞ şirkətindən alıb kəndlilərə vermək istəməsi olub. 

1963-cü ildə İraqda çevriliş nəticəsində baş nazir Əbdül-Kərim Qasımın başçılıq etdiyi hökumətin devrilməsində də CIA-in adı hallanır. Bu barədə CIA sənədləri hələ də məxfi saxlansa da, bəzi tarixçilər həmin dönəmdə ABŞ rəsmilərinin çevrilişi həyata keçirən Bəəs partiyasının fəalları ilə isti münasibətləri olduğunu xatırladır. Qasım Bəəs-çilər tərəfindən edam edilmiş və cəsədi televiziya ilə nümayiş etdirilmişdi. O, hakimiyyəti dövründə anti-Qərb siyasəti yürütmüşdü. 

Eyni ildə Cənubi Vyetnamın prezidenti Nqo Din Diem də CIA-nin dəstəklədiyi hərbi çevriliş nəticəsində həbs edilmiş və qətlə yetirilmişdi. Ona qarşı çevriliş planını ABŞ prezidenti Con Kennedi təsdiqləyib. Tarixi mənbələr göstərir ki, ABŞ əvvəlcə ölkədəki kommunistlərə qarşı mübarizə aparmaq üçün özü anti-kommunist olan Diemə arxalanıb, onunla əməkdaşlıq edib. Lakin sonradan Diemin yerli buddistlərə qarşı zorakılıq kampaniyası aparması fikir ayrılığına səbəb olub. 

1983-cü ildə ABŞ Karib dənizində yerləşən ada-dövlət Qrenadanı işğal edib və kommunist hakimiyyəti devirib. Buna səbəb kimi əməliyyatdan bir həftə əvvəl hakimiyyət daxilində çaxnaşmanın və zorakılıqların olması göstərilib. Həmin çaxnaşma nəticəsində əvvəlki kommunist lider devrilmiş və edam edilmiş, yerinə digər kommunist Hudson Austin gəlmişdi. Austinin də hakimiyyətinin ömrü cəmi bir həftə çəkmiş və o, amerikalı hərbçilər tərəfindən devrilmişdi. 

Panamaya rəhbərlik etmiş Manuel Norieqa isə 1989-cu ildə ABŞ prezidenti Corc Buşun əmri ilə həyata keçirilən əməliyyat nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. ABŞ qoşunları Norieqanı ələ keçirərək onu ABŞ-yə aparıblar, orada isə o, narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunub və 40 il həbs cəzası alınıb. Daha sonra Fransa və Panamaya ekstradisiya olunsa da, bu ölkələrdə də həbs cəzası alıb. Norieqa 2017-ci ildə beyin xərçəngindən ölüb. 

İraq prezidenti Səddam Hüseyn də 25 illik hakimiyyətindən sonra 2003-cü ildə ABŞ işğalı nəticəsində devrilib. O, öz ölkəsində insanlığa qarşı cinayətlərdən mühakimə olunub və 2006-cı ildə edam edilib. 

2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi də ABŞ-nin qoşulduğu NATO koalisiyasının müdaxiləsi nəticəsində üsyançılar tərəfindən devrilib və qətlə yetirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"

20 İyul 2026

AzEmbTelAviv/X

İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.  "Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.  Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.  "Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.  İsrail hökuməti iyunun 28-də "erməni...
Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...

Seçilmiş Videolar

Toplum TV loqo