ABŞ səfirinin vida çıxışı: “Azərbaycan xalqı azad mediaya, adil məhkəməyə, korrupsiyadan azad iqtisadiyyata layiqdir”
Sosial media
Diplomatik missiyasını başa vuran ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi vida mesajı ilə çıxış edib.
Səfir Azərbaycan xalqına təşəkkürünü ifadə etməklə yanaşı ailəsi ilə bu ölkə üçün darıxacaqlarını bildirib:
“Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram, bu xalq ən yaxşısına layiqdir. Azərbaycan vətəndaşları öz qonşuları ilə sülh şəraitində, güclü və suveren ölkədə yaşamağa layiqdirlər. Onlar müstəqil mediaya layiqdirlər. Onlar öz fikirlərini açıq ifadə edən insanları hədəfə almayan ədalət mühakiməsinin adil və şəffaf şəkildə tətbiq olunmasına layiqdirlər. Onlar korrupsiya və öz mənfəətini güdməkdən azad olan, firəvan və perspektivli iqtisadiyyata layiqdirlər”.
İki ölkə arasındakı əməkdaşlıqdan danışan M.Libbi təhlükəsizlik məsələlərinə də toxunub:
“Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan “Əsrin müqaviləsi”ndən keçən ilki COP29-a və ABŞ-ın Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub. Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb”.
Səfir həmçinin bildirib ki, özü və həmkarları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-ın ərazi bütövlüyü prinsipinə hörmətini ifadə edib.
“Əleyhdarlar saxta konspirasiya hekayələri ilə hər gün şübhə toxumları səpməyə çalışır, lakin əməllərimizin səsi onların sözlərindən daha yüksəkdir”, M.Libbi fikrini bu sözlərlə yekunlaşdırb.
Mark Libbi səfir kimi Azərbaycanda fəaliyyətə 2024-cü yanvarın 18-də başlamışdı. Ötən il dekabrın 3-də isə səhhəti ilə bağlı problemlərə görə vəzifəsindən istefa verdiyini bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Samirə Qasımlı/şəxsi arxiv
Əsgər Ağasoyun şəxsi arxivi
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib