Siyasət

Afiəddin Məmmədov: “2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Samir Aşurov və Mehman Əliyevə hədə-qorxu gəlib”

27 Noyabr, 2025
246

Foto/kollaj: Toplum TV

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə müraciət edərək saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin bəzi məhbuslara hədə-qorxu gəldiyini bildirib.

Yaxınlarının ictimailəşdirdiyi müraciətdə fəal qeyd edir ki, buna səbəb onun da daxil olduğu, “siyasi məhbus” kimi tanınan bir neçə nəfərin yaxınlarda Siyasi Məhbusların Müdafiə Komitəsini yaratmasıdır.

Onun sözlərinə görə, müəssisə rəhbərliyi təşkilatçılardan Samir Aşurov və Mehman Əliyevi çağıraraq onlara hədə-qorxu gəlib.

S.Aşurovun həyat yoldaşı Nuranə Aşurova “Toplum TV”-yə bildirib ki, onunla sonuncu dəfə noyabrın 26-da telefonla danışıb və o, müəssisədə “problemlərin yaşandığını” deyib, lakin açıq danışa bilməyib.

A.Məmmədov əlavə edib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhbusların şikayətlərini dövlət qurumlarına çatdırmasına mane olur.

“Şikayətlərin qarşısı alınır, şikayətlərə əhəmiyyət verilmir. Problemlərin həllində maraqlı deyillər. Hədə-qorxu, təhdid, işgəncələrə etiraz edən məhbusları susdurmağa çalışırlar”, - o bildirib.

“Bütün siyasi məhbuslara yalnız şüşə arxasından görüşə icazə verilir. Telefonla danışmaq hüququmuzdan istifadə etməyimizin mümkün olmaması üçün siyasi məhbusların adlarını sayımda ən sonda adlandırırlar. Sayımda adlarımız sonda olduğuna görə telefonla danışmaq növbəsinə çatmırıq”, - deyə o əlavə edib.

N.Aşurova da həyat yoldaşının telefon növbəsinə adətən tez, sonuncu dəfə isə gec çıxdığını təsdiqləyib.

A.Məmmədov bildirib ki, “siyasi məhbus”lara qarşı hər hansı provokasiya baş verərsə, buna görə ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsuliyyət daşıyır.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs edilmişdi.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədov ittihamı qəbul etmir və hüquq müdafiəsi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo