Siyasət

DSX əsgərinin uzun sürən xəstəlikdən öldüyü deyilir

24 noyabr, 2026
5

sosia media

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Rəhman Kərimov vəfat edib.

Bu barədə noyabrın 24-də DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əsgər Rəhman Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Məlumatda deyilir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun yaşı, hansı xəstəlikdən əziyyət çəkdiyi və müalicə müddəti barədə əlavə məlumat açıqlanmayıb.

Bu il azı 48 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) monitorinqinə əsasən, 2026-cı il oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Onlardan 13-ü xəstəliklərdən, 9-u avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr nəticəsində, 5-i intihar edərək, biri isə ehtiyatsızlıq səbəbindən ölüb. Daha 9 hərbçinin ölüm səbəbi açıqlanmayıb.

Oktyabrın 4-dən sonra da hərbçi ölümləri barədə məlumatlar yayılıb. Oktyabrın 13-də DSX-də xidmət edən əsgər Orxan Şabanov, noyabrın 8-də Naxçıvanda xidmət edən əsgər Elnar Tağıyev, noyabrın 20-də mayor Müşfiq Əliyev və noyabrın 24-də Rəhman Kərimov vəfat edib.

Bu hadisələr XHTİ-nin açıqladığı əvvəlki göstəriciyə əlavə edildikdə, 2026-cı ildə qeyri-döyüş şəraitində ölən hərbçilərin açıq mənbələr üzrə məlum minimum sayı 48-ə çatır. XHTİ-nin məlumatına görə, 2025-ci ildə isə Azərbaycanda azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan xaricdə sübutların toplanması haqqında Haaqa Konvensiyasına qoşulub

24 noyabr 2026

sosial media

Milli Məclis Azərbaycan Respublikasının “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. APA-nın məlumatına görə, məsələ noyabrın 24-də parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib. Layihəyə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqada imzalanmış Konvensiyaya bəyanatları və qeyd-şərtləri ilə qoşulur. Konvensiya mülki və kommersiya xarakterli məhkəmə işləri üzrə beynəlxalq hüquqi əməkdaşlığı nəzərdə tutur. Sənəd digər ölkələrin ərazisində olan sübutların əldə edilməsi, şahid ifadələrinin alınması və məhkəmə araşdırması üçün zəruri sənədlərin toplanması ilə bağlı prosedurları müəyyənləşdirir. Konvensiyaya qoşulma Azərbaycan məhkəmələrinin xarici ölkələrdə sübutların...
Siyasət

HRW QHT-lərə yeni məhdudiyyətləri və Bəşir Süleymanlıya verilən hökmü “vətəndaş cəmiyyətinə təzyiq” adlandırıb

24 noyabr 2026

sosial media

“Human Rights Watch” (HRW) Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin və vətəndaş cəmiyyəti fəallarına qarşı cinayət təqiblərinin təzyiqləri daha da artırdığını bildirib. Təşkilatın noyabrın 23-də yaydığı açıqlamada qeyd olunur ki, Milli Məclis noyabrın 18-də QHT-lərlə bağlı qanunvericiliyə geniş dəyişiklikləri təsdiqləyib. HRW-nin fikrincə, bu dəyişikliklər hakimiyyətin müstəqil təşkilatları dayandırmaq və ləğv etmək səlahiyyətlərini genişləndirir, yeni qeydiyyat tələbləri yaradır və onların fəaliyyətini daha da məhdudlaşdırır. Təklif olunan dəyişikliklərə əsasən, hakimiyyət orqanları məhkəmə qərarı olmadan, şəffaflıq və çirkli pulların yuyulmasına qarşı tələblərin pozulması kimi geniş şərh edilə bilən əsaslarla QHT-lərin fəaliyyətini bir ilədək dayandıra biləcək. Sənəddə həmçinin “dövlətin və cəmiyyətin qanunla qorunan...

Seçilmiş Videolar

Toplum TV loqo