Ali Məhkəmə iki dəqiqədən az çəkən prosesdə Samir Aşurovun şikayətini rədd edib
sosial mənbə
Sentyabrın 17-də Ali Məhkəmədə həbsdə olan siyasi fəal Samir Aşurovun kassasiya şikayətinə baxılıb.
Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"yə verdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması xahişini təmin etməməsi ilə bağlı olub.
Hakim Vidadi Cəfərovun sədrlik etdiyi prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
"Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses 2 dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi", - Z.Əhmədov qeyd edib.
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AXCP: "Hökumət mediası yalandan Əli Kərimlinin şahid kimi dindirildiyini deyir"
sosial media
QHT təmsilçisi 2020-ci ildə sərhədi qanunsuz keçdiyi iddiası ilə bu il həbs olunub
açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”