Siyasət

AXCP: "Hökumət mediası yalandan Əli Kərimlinin şahid kimi dindirildiyini deyir"

17 Sentyabr, 2026
14

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin barəsində hökumətyönlü mətbuatda gedən iddialara cavab verib. 

Mətbuatda dərc olunan xəbərlərdə bildirilirdi ki, sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin ittiham olunduğu iş məhkəməyə göndərilib və həmin iş üzrə bir sıra siyasi fiqurlar, o cümlədən Ə.Kərimli istintaq tərəfindən şahid kimi dindirilib. 

AXCP isə sentyabrın 17-də verdiyi bəyanatda bildirib ki, sədr istintaqa heç bir ifadə verməyib. 

"Bu xəbər tamamilə yalandır. Əli Kərimli ilk gündən istintaqa heç bir ifadə verməyəcəyini bildirib və indiyə kimi bu mövqeyində qalır. O, vəkilləri vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onu Əliyevlər hakimiyyətinin ən önəmli fiqurlarından olan Ramiz Mehdiyevlə işbirliyində əlaqələndirmək qurama, absurd və gülünc ittihamdır. Bu, açıq şərləmə və qondarma iş olduğuna görə, onun bu proseslə bağlı ifadə verəcəyi heç nə yoxdur", - bəyanatda deyilir. 

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. O, ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni iş üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin həbsini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib. Bu iş ötən ilin oktyabrında açılıb və R.Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ali Məhkəmə iki dəqiqədən az çəkən prosesdə Samir Aşurovun şikayətini rədd edib

17 Sentyabr 2026

sosial mənbə

Sentyabrın 17-də Ali Məhkəmədə həbsdə olan siyasi fəal Samir Aşurovun kassasiya şikayətinə baxılıb.  Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"yə verdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması xahişini təmin etməməsi ilə bağlı olub.  Hakim Vidadi Cəfərovun sədrlik etdiyi prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  "Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses 2 dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi", - Z.Əhmədov qeyd edib.  2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib. 2023-cü il dekabrın...
Siyasət

QHT təmsilçisi 2020-ci ildə sərhədi qanunsuz keçdiyi iddiası ilə bu il həbs olunub

17 Sentyabr 2026

açıq mənbə

Altı il əvvəl dövlət sərhədini gizli keçməkdə ittiham olunan qeyri-hökumət təşkilatı (QHT) təmsilçisi bu il həbs olunub.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Mirdilafət Xəlilov iyulun 31-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.  Qardaşı Bəhruz Xəlilovun sözlərinə görə, o, 2020-ci ildə İranda müalicə aldığı vaxt Azərbaycana qayıdıb və bu zaman sərhədi gizli keçib.  "Koronavirus geniş yayıldığı dövrdə onu İranda modul tipli xəstəxanaya yerləşdiriblər. Ətrafda baş verənlərdən vahimələnib və qaçmaq qərarı verib. Sənədləri də orada qalıb. Bir iranlı ilə birlikdə xəstəxanadan...

Seçilmiş Videolar

Toplum TV loqo