FT: “Fransa Azərbaycandakı vətəndaşlarının azadlığı müqabilində Usmanovdan sanksiyaların götürülməsini istəyir”
president.az
Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi müqabilində rusiyalı biznesmen Alişir Usmanovun sanksiya siyahısından çıxarılmasına digər Avropa İttifaqı (Aİ) ölkələrini razı salmağa çalışır.
“Financial Times” danışıqlardan məlumatlı üç mənbəyə istinadən yazır ki, mümkün razılaşma Rusiyanın Ukraynaya müdaxiləsinə görə tətbiq edilmiş sanksiyaların uzadılmasını ləngidir.
Qəzetə görə, Fransa və Slovakiya Usmanovun siyahıdan çıxarılmasını tələb edərək sanksiyaların daha 12 ay uzadılmasına veto qoyub. Danışıqları davam etdirmək üçün sanksiyaların müddəti bir həftə uzadılıb.
Rəsmi Paris iddiaya birbaşa cavab verməyib. Fransalı diplomat isə ölkəsinin milli təhlükəsizliklə bağlı narahatlığını və Usmanov məsələsində müraciət edən beynəlxalq tərəfdaşlarına müsbət cavab vermək istədiyini bildirib. O, Parisin Rusiyaya təzyiqin artırılmasını dəstəklədiyini də vurğulayıb.
Razılaşmanın hansı Fransa vətəndaşlarını əhatə etdiyi açıqlanmayıb. Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarından biri martda casusluq ittihamı ilə 10 il həbsə məhkum edilmiş Martin Rayandır. O, ittihamları rədd edir.
Ötən ilin sentyabrında başqa bir Fransa vətəndaşı Teo Klerk metroda qraffiti çəkdiyinə görə 3 il həbsə məhkum edilib. Onunla eyni əmələ görə mühakimə olunan digər iki əcnəbiyə isə yalnız cərimə tətbiq olunub. Fransanın Azərbaycandakı səfirliyi hökmü pisləyərək Klerkin “açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarın qurbanı” olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev isə ötən ilin oktyabrında Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığını deyirdi.
Qəzetin mənbələrinə görə, Aİ ölkələrinin əksəriyyəti Usmanovun siyahıdan çıxarılmasına qarşıdır.
“Bu, təkcə Rusiyanı deyil, avropalıları girov saxlamağı da mükafatlandırmaq olardı”, - yüksək vəzifəli avropalı diplomat qəzetə deyib.
Aİ 2022-ci ilin fevralında Usmanova sanksiya tətbiq edərkən onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrini əsas gətirib. ABŞ və Böyük Britaniya da ona qarşı sanksiyalar tətbiq edib. Usmanov bu qərarları əsassız sayaraq məhkəmələrdə mübahisələndirib.
Hələlik Azərbaycan və Özbəkistan xarici işlər nazirlikləri yayılan bu xəbərlərə rəsmi şərh verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”