İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 sentyabr, 2026
183

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu
göstərir."

"Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub.

Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə deyir ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ən böyük problem ölkənin vacib ərzaq məhsulları ilə özünü təmin edə bilməməsidir. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyinin təminatının bir neçə prinsipi var. 

“Birincisi ərzağın fiziki mövcudluğudur. Azərbaycan yeganə ölkələrdəndir ki, adambaşına illik ərzaq normasını müəyyən etməyib. Bu normanı müəyyən etmək hər il nə qədər ət, süd, buğda, meyvə-tərəvəz istehsal etməklə bağlı hədəfi ortaya qoymağa kömək edir. Qazaxıstanda hətta insanların yaş və cins qrupları üzrə, ayrı-ayrı qida məhsulları üçün norma müəyyənləşdirilib. Biz bu modeli hökumətə təklif etmişdik. Lakin Azərbaycanda hələ də bu norma, beləliklə ərzaq təhlükəsizliyinin birinci prinsipi yoxdur”, - o qeyd edib. 

Mütəxəssis bildirir ki, ərzaq təhlükəsizliyinin birinci prinsipi təmin olunmadığına görə, digər prinsiplər - ərzağın əlçatanlığı, keyfiyyətinin standartlara cavab verməsi, dayanıqlılığı və s. barədə danışmaq yersizdir. 

“Çünki özümüzü təmin edəcək səviyyədə ərzaq istehsal etməyəcəyiksə, deməli başqa ölkələrdən idxal edəcəyik. İdxaldan asılı olacağıqsa, dünyada qlobal istiləşmə kimi problemlər ucbatından ərzağın keyfiyyətinə daha önəm verilməyəcək. Beynəlxalq təşkilatlar artıq bununla bağlı həyəcan təbili çalırlar”, - o əlavə edib. 

V.Məhərrəmli ötən illərdə aqrar sahədə çoxsaylı dövlət proqramlarının qəbul edildiyini xatırladıb. O düşünür ki, bu proqramlar aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinin təminatına töhfə verməyib və yeni proqram da bu qəbildən olacaq. 

Bu ilin mayında kənd təsərrüfatındakı vəziyyətlə bağlı müşavirə keçirən prezident İlham Əliyev də, xüsusilə, buğda istehsalında özünütəminat səviyyəsinin aşağı olmasından gileylənmişdi. Rəsmi rəqəmə görə, Azərbaycanın buğda ilə özünü təminetmə səviyyəsi 55 faizdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo