Dünya

Şoyqu Ermənistanı Rusiya sərmayəsi yatırılmış müəssisələri ələ keçirməkdə ittiham edib

17 Sentyabr, 2026
10

sosial media

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan hakimiyyətini ölkədə fəaliyyət göstərən Rusiya biznesinə qarşı ikili standartlar tətbiq etməkdə və qeyri-dost siyasət yürütməkdə ittiham edib.

TASS-ın məlumatına görə, Şoyqu bu barədə sentyabrın 17-də Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurasının rəyasət heyətinin iclasında danışıb.

“Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələrdə və bütöv sahələrdə baş verənləri qanunsuz ələ keçirmədən başqa cür adlandırmaq çətindir”, - o bildirib.

Şoyqu Ermənistan dəmir yollarının Rusiyanın idarəçiliyində qalmasının ölkənin beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiyasına mane olduğu barədə Yerevanın arqumentini də “açıq-aşkar gülünc” adlandırıb.

Ermənistanın dəmir yolu infrastrukturu ölkə hökumətinə məxsusdur. Lakin onu “Rusiya Dəmir Yolları” şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” idarə edir. İdarəetmə 2008-ci ildə bağlanmış 30 illik konsessiya müqaviləsi əsasında həyata keçirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Rusiyaya dəmir yollarının idarəçilik hüququnu hər iki ölkə ilə dost münasibətləri olan üçüncü ölkəyə satmağı təklif edib. O, mümkün tərəfdaşlar sırasında Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanı göstərib.

Paşinyanın sözlərinə görə, dəmir yollarının Rusiya şirkəti tərəfindən idarə olunması səbəbindən bəzi beynəlxalq layihələrdə Ermənistandan yan keçən marşrutlar nəzərdən keçirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan: “Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, etiraz etməyəcəyik”

17 Sentyabr 2026

açıq mənbə

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazasını çıxarmaq qərarı versə, hökuməti buna etiraz etməyəcək. “Armenpress”in məlumatına görə, Paşinyan sentyabrın 17-də jurnalistlərlə brifinqdə danışıb. O deyib ki, bazanın çıxarılması məsələsini Ermənistan deyil, Rusiya müzakirəyə çıxarıb. “Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. 2022-ci ilin sentyabr hadisələri göstərdi ki, 102-ci hərbi baza Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır”, - baş nazir bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan rəsmiləri rusiyalı həmkarları qarşısında heç vaxt belə bir məsələ qaldırmayıblar. O, Moskva bazanı saxlamaq istəsə, bunu da müzakirə etməyə hazır olduqlarını deyib. Baş nazir Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayıb və ölkəsini Kollektiv Təhlükəsizlik...
Dünya

Nümayəndələr Palatası Rusiya və İrana qarşı “cəhənnəm sanksiyaları” layihəsini qəbul edib

17 Sentyabr 2026

sosial media

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini qəbul edib.  “Current Time” nəşri yazır ki, sənədin lehinə 262, əleyhinə 159 konqresmen səs verib. Ötən ay Senatda da qəbul olunan layihə imzalanmaq üçün prezident Donald Trampa göndərilib. “Cəhənnəm sanksiyaları” adlandırılan sənəd Rusiyanın vəzifəli şəxslərinə, maliyyə institutlarına, enerji sektoruna və neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı məhdudiyyətlər nəzərdə tutur. Layihədə konkret şəxslərin və şirkətlərin adları göstərilmir. Sənəd prezidentə Rusiya nefti və qazının iri alıcıları olan, həmçinin Moskvaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə 100 faizədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Layihə ABŞ-nin İrana qarşı sanksiyalarının müddətini də uzadır....

Seçilmiş Videolar

Toplum TV loqo