Siyasət

Ali Məhkəmə iki dəqiqədən az çəkən prosesdə Samir Aşurovun şikayətini rədd edib

17 Sentyabr, 2026
15

sosial mənbə

Sentyabrın 17-də Ali Məhkəmədə həbsdə olan siyasi fəal Samir Aşurovun kassasiya şikayətinə baxılıb. 

Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"yə verdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması xahişini təmin etməməsi ilə bağlı olub. 

Hakim Vidadi Cəfərovun sədrlik etdiyi prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

"Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses 2 dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi", - Z.Əhmədov qeyd edib. 

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: "Hökumət mediası yalandan Əli Kərimlinin şahid kimi dindirildiyini deyir"

17 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin barəsində hökumətyönlü mətbuatda gedən iddialara cavab verib.  Mətbuatda dərc olunan xəbərlərdə bildirilirdi ki, sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin ittiham olunduğu iş məhkəməyə göndərilib və həmin iş üzrə bir sıra siyasi fiqurlar, o cümlədən Ə.Kərimli istintaq tərəfindən şahid kimi dindirilib.  AXCP isə sentyabrın 17-də verdiyi bəyanatda bildirib ki, sədr istintaqa heç bir ifadə verməyib.  "Bu xəbər tamamilə yalandır. Əli Kərimli ilk gündən istintaqa heç bir ifadə verməyəcəyini bildirib və indiyə kimi bu mövqeyində qalır. O, vəkilləri vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onu Əliyevlər hakimiyyətinin ən önəmli fiqurlarından olan...
Siyasət

QHT təmsilçisi 2020-ci ildə sərhədi qanunsuz keçdiyi iddiası ilə bu il həbs olunub

17 Sentyabr 2026

açıq mənbə

Altı il əvvəl dövlət sərhədini gizli keçməkdə ittiham olunan qeyri-hökumət təşkilatı (QHT) təmsilçisi bu il həbs olunub.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Mirdilafət Xəlilov iyulun 31-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.  Qardaşı Bəhruz Xəlilovun sözlərinə görə, o, 2020-ci ildə İranda müalicə aldığı vaxt Azərbaycana qayıdıb və bu zaman sərhədi gizli keçib.  "Koronavirus geniş yayıldığı dövrdə onu İranda modul tipli xəstəxanaya yerləşdiriblər. Ətrafda baş verənlərdən vahimələnib və qaçmaq qərarı verib. Sənədləri də orada qalıb. Bir iranlı ilə birlikdə xəstəxanadan...

Seçilmiş Videolar

Toplum TV loqo