Foto: açıq mənbə
Avropa İttifaqı ilə Azərbaycan 2026-cı ildə yüksək səviyyəli enerji dialoqunun keçirilməsi barədə razılığa gəlib.
Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensen 4-cü Nazirlər toplantısından sonra keçirilən mətbuat konfransında belə deyib.
Komissarın sözlərinə görə, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin artırılması imkanlarını müzakirə ediblər.
“Biz Aİ ilə Azərbaycan arasında əlaqəliliyin genişləndirilməsi perspektivlərini daha geniş çərçivədə müzakirə etdik. Bu, məhsuldar və konstruktiv görüş oldu. İlin sonunda Brüsseldə yüksək səviyyəli enerji dialoqunun keçirilməsi barədə razılığa gəldik”, - deyə Yorqensen bildirib.
Onun sözlərinə görə, həmin görüşdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Dan Yorqensen Avropanın Rusiya qazından asılılığı azaltmağa çalışdığı bir dövrdə Azərbaycan qazının rolunu xüsusi vurğulayıb:
“Azərbaycandan əldə edə biləcəyimiz qaz bizim üçün çox önəmlidir. Bu əməkdaşlıqdan çox məmnunuq."
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
şəxsi arxivi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”