whitehouse.gov
ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin iyunda İranla imzaladığı anlaşma memorandumunu “vaxt itkisi” adlandırıb.
Tramp bu barədə Çinə səfəri zamanı “Fox News”a müsahibəsində danışıb.
“Bunu etmək istəmirdim, amma insanların fikrinə qulaq asdım”, - o bildirib.
ABŞ prezidenti deyib ki, memorandum prosesi bir qədər ləngitsə də, Vaşinqtona İran rəsmilərini daha yaxından tanımaq imkanı verib.
“Bu, prosesi bir qədər ləngitdi. Səhv deyildi. Əslində, həmin müddətdə onları çox yaxşı tanıdıq və etibar edilə bilməyəcəklərini anladıq”, - Tramp söyləyib.
Tramp müharibə qərarını yenidən verib-verməyəcəyi barədə suala isə “Əgər bunu yenidən etməli olsaydıq, edərdikmi? Cavab qəti şəkildə bəlidir” cavabını verib.
O, müharibənin siyasi nəticələrə, o cümlədən seçkilərə təsir etdiyini etiraf etsə də, qərarlarının uzunmüddətli perspektivdə müsbət qiymətləndiriləcəyinə inandığını bildirib.
Tramp memorandumun Vensin İran üzrə danışıqlardan uzaqlaşdırılmasına səbəb olduğunu da inkar edib. “New York Post”un mənbələri danışıqlarda irəliləyiş olacağı təqdirdə Vensin yenidən prosesə cəlb edilə biləcəyini bildiriblər.
Hazırda ABŞ-nin İranla danışıqlarında əsas rolun prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə verildiyi deyilir.
Məlumata görə, iyunda imzalanan memorandum müvəqqəti atəşkəs və danışıqların davam etdirilməsini nəzərdə tuturdu. Razılaşma iyulda İranın Hörmüz boğazına müharibədən sonrakı nəzarətlə bağlı mübahisə fonunda bir neçə ticarət gəmisinə hücum etməsindən sonra pozulub.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə İsrailə və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə zərbələr endirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”
sosial media
Rubio: “ABŞ-dəki texniki nasazlıqların kiberhücumlarla əlaqəsinə dair sübut yoxdur”
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib