Dünya

Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”

19 noyabr, 2026
43

sosial media

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask ABŞ-də keçirilən aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına 470 milyon dollardan çox ianə etdiyinə görə özünü “olduqca axmaq” hiss etdiyini bildirib.
“Financial Times”ın məlumatına görə, Mask bunu noyabrın 18-də “The New York Times”ın “DealBook Summit” tədbirində deyib.
“Respublikaçılar bu seçkidə açıq şəkildə darmadağın oldular. Bu qədər pul xərcləyib qarşılığında çox şey görmədiyim üçün özümü olduqca axmaq hiss edirəm. Bəlkə də həmin pul olmasaydı, vəziyyət daha pis olardı”, - o bildirib.

Aralıq seçkilərdə Respublikaçılar Nümayəndələr Palatası, Senat və bir neçə ştatdakı idarəetmə orqanı üzərində nəzarəti itiriblər.

Mask həmçinin prezident Donald Trampın tərəfdarlarının yaratdığı MAGA hərəkatına aid olmadığını deyib.
“Mən MAGA deyiləm. MAGA-nın tam olaraq nə demək olduğuna əmin deyiləm. Amma bu, Respublikaçılar Partiyasının siyasətlərinə kor-koranə sadiqlikdirsə, mən belə deyiləm”, - milyarder vurğulayıb.

Mask 2024-cü ildə Trampın prezidentlik kampaniyasına da 250 milyon dollardan çox ianə edib. O, Tramp administrasiyasının federal işçi qüvvəsinin ixtisarı və yenidən qurulması ilə bağlı yaratdığı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə rəhbərlik edib.

Məqalədə qeyd olunur ki, Demokratların Konqresdə çoxluq əldə etməsindən sonra Mask hökumət müqavilələri, data mərkəzlərinin tikintisi və süni intellekt tənzimlənməsi ilə bağlı mümkün araşdırmaların hədəfinə çevrilə bilər.

Maskın dəstəklədiyi namizədlərin ən böyük uğursuzluqlarından biri Texasda qeydə alınıb. Ştatda demokrat Cina Hinohosa 36 ildən sonra ilk demokrat qubernator seçilib. O, Maskın sələfi ilə əlaqələrini, eləcə də yeni raket buraxılış məntəqələri və süni intellekt data mərkəzləri tikintisi planlarını araşdıracağını bildirib.
“Bu, Amerika seçkilərinin yalnız pulla bağlı olmadığını göstərir. Vaxtı geri qaytara bilsəydim, daha az pul xərcləyərdim”, - Mask deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp İranla anlaşma memorandumunu “vaxt itkisi” adlandırıb

19 noyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin iyunda İranla imzaladığı anlaşma memorandumunu “vaxt itkisi” adlandırıb.  Tramp bu barədə Çinə səfəri zamanı “Fox News”a müsahibəsində danışıb. “Bunu etmək istəmirdim, amma insanların fikrinə qulaq asdım”, - o bildirib. ABŞ prezidenti deyib ki, memorandum prosesi bir qədər ləngitsə də, Vaşinqtona İran rəsmilərini daha yaxından tanımaq imkanı verib. “Bu, prosesi bir qədər ləngitdi. Səhv deyildi. Əslində, həmin müddətdə onları çox yaxşı tanıdıq və etibar edilə bilməyəcəklərini anladıq”, - Tramp söyləyib. Tramp müharibə qərarını yenidən verib-verməyəcəyi barədə suala isə “Əgər bunu yenidən etməli olsaydıq, edərdikmi? Cavab qəti şəkildə bəlidir” cavabını verib. O, müharibənin siyasi...
Dünya

Rubio: “ABŞ-dəki texniki nasazlıqların kiberhücumlarla əlaqəsinə dair sübut yoxdur”

19 noyabr 2026

sosial media

ABŞ dövlət katibi Marko Rubio ölkədə son günlər “Microsoft” xidmətləri, aviasiya sistemləri və banklarda baş verən texniki nasazlıqların xarici dövlətlər və ya haker qruplarının hücumları ilə bağlı olduğuna dair sübut olmadığını bildirib. “Reuters”in məlumatına görə, Rubio noyabrın 18-də Filippinin paytaxtı Manilada jurnalistlərə deyib ki, ABŞ hakimiyyətində bu hadisələrin bir-biri ilə əlaqəli olduğunu göstərən məlumat yoxdur. “Bu hadisələrin hər hansı birinin bir-biri ilə əlaqəli olduğuna inanmaq üçün heç bir əsasımız və sübutumuz yoxdur”, - dövlət katibi vurğulayıb. Rubio bildirib ki, ABŞ hökuməti bu cür insidentlərə ciddi yanaşır və mümkün təhlükələrə qarşı daim ayıq-sayıqdır. O, ölkənin sistemli kiberhücuma məruz qaldığını demək üçün...

Seçilmiş Videolar

Toplum TV loqo