Siyasət

“Amnesty International”: “AbzasMedia” jurnalistləri müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir”

19 noyabr, 2026
69

sosial media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbslərinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı təzyiqlərin davam etdiyini bildirib.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, “Abzas Media”nın yeddi jurnalisti üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır.
“Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri olublar”, - Strazers bildirib.

Bəyanatda qeyd olunub ki, təzyiqlər təkcə əsassız həbslərlə bitmir. Jurnalistlərin yaxınları və vəkilləri həm “Abzas Media” əməkdaşlarına, həm də tənqidi fəaliyyətinə və fərqli fikirlərinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftar hallarının artdığını deyirlər. Təkadamlıq kameralarda saxlama, tibbi yardımdan məhrumetmə, döyülmə və digər rəftar formaları barədə məlumatlar olduğu vurğulanır.
“Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququndan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir. Hakimiyyət bütün məhbuslara lazımi tibbi yardım göstərməli, zorakılıqla bağlı məlumatları dərhal araşdırmalı və pis rəftarın bütün formalarına son qoymalıdır”, - Strazers deyib.

2023-cü il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Daha sonra nəşrin digər jurnalistləri, o cümlədən “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunub.
2025-ci il iyunun 20-də “Abzas Media işi” üzrə yeddi nəfərə maliyyə ittihamları ilə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. Jurnalistlər ittihamları rədd edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Təşkilat sonradan “Toplum TV” jurnalistlərinə qarşı da oxşar ittihamlar irəli sürüldüyünü və onların bu ilin iyulunda 12 ildən 15 ilədək azadlıqdan məhrum edildiyini xatırladıb. “Meydan TV” əməkdaşları haqqında analoji ittihamlarla məhkəmə prosesinin isə davam etdiyi qeyd olunub.

Bəyanatda noyabrın 2-də Ülvi Həsənlinin təkadamlıq kameraya salınması barədə yayılan məlumatlara da toxunulub. Bildirilib ki, həbsxana rəhbərliyi ondan “Abzas Media”nın təcridxanalardakı şərait və ehtimal olunan qanun pozuntuları ilə bağlı materiallarını silməyi tələb edib. Həsənlinin buna etiraz olaraq aclıq aksiyasına başladığı deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

19 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub.  “Analgin, strabon, təzyiq dərmanından başqa heç bir dərman verilmir. Amma bu o demək deyil ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsinə ümumiyyətlə dərman verilmir. Verilir. Sadəcə məhbuslara heç nə verilmir. Məsələn, şəkər xəstələrinə insulin belə vermirdilər. Və yaxud QİÇS xəstələri...
Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...

Seçilmiş Videolar

Toplum TV loqo