Rubio: “ABŞ-dəki texniki nasazlıqların kiberhücumlarla əlaqəsinə dair sübut yoxdur”
sosial media
ABŞ dövlət katibi Marko Rubio ölkədə son günlər “Microsoft” xidmətləri, aviasiya sistemləri və banklarda baş verən texniki nasazlıqların xarici dövlətlər və ya haker qruplarının hücumları ilə bağlı olduğuna dair sübut olmadığını bildirib.
“Reuters”in məlumatına görə, Rubio noyabrın 18-də Filippinin paytaxtı Manilada jurnalistlərə deyib ki, ABŞ hakimiyyətində bu hadisələrin bir-biri ilə əlaqəli olduğunu göstərən məlumat yoxdur.
“Bu hadisələrin hər hansı birinin bir-biri ilə əlaqəli olduğuna inanmaq üçün heç bir əsasımız və sübutumuz yoxdur”, - dövlət katibi vurğulayıb.
Rubio bildirib ki, ABŞ hökuməti bu cür insidentlərə ciddi yanaşır və mümkün təhlükələrə qarşı daim ayıq-sayıqdır. O, ölkənin sistemli kiberhücuma məruz qaldığını demək üçün əsas olmadığını əlavə edib.
ABŞ-də texniki nasazlıqlar dalğası noyabrın 12-də “Microsoft”un elektron poçt və digər xidmətlərində yaranan problemlərlə başlayıb. “Outlook” və “Teams” daxil olmaqla “Microsoft 365” xidmətlərindəki qlobal nasazlıq milyonlarla istifadəçinin işinə mane olub. Şirkət problemin şəbəkə tutumunun artırılması zamanı edilən dəyişiklikdən qaynaqlandığını bildirib. Nasazlıq 24 saatdan çox davam edib.
Noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinə nəzarət sistemində yaranan problem səbəbindən ölkə üzrə uçuşları dayandırıb. Təxminən beş saat davam edən məhdudiyyət nəticəsində minlərlə sərnişin hava limanlarında gözləməli olub, 18 mindən çox uçuş ləğv edilib. FAA problemin Arkanzas ştatındakı obyektlərindən birində marşrutlaşdırıcının dəyişdirilməsi ilə bağlı olduğunu açıqlayıb.
Noyabrın 16-da “JPMorgan Chase”in sistemindəki proqram xətası bir sıra maliyyə xidmətlərinin fəaliyyətinə təsir edib. Müştərilər onlayn hesablarına daxil olmaqda və “Zelle” pulköçürmə xidmətindən istifadə etməkdə çətinlik çəkiblər. Həmin gün “United Airlines”in daxili sistemindəki nasazlıq da uçuşların gecikməsinə səbəb olub.
Noyabrın 17-də ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların ötürülməsi üçün istifadə olunan daxili şəbəkəsində fasilə yaranıb. Agentlik bunu planlı texniki xidmət zamanı baş verən müvəqqəti nasazlıq kimi izah edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”
sosial media
whitehouse.gov
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib