pykmancenter
Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban sosial media hesabında məlumat yayıb.
Nazirliyin Rusiyanın Budapeştdəki səfirini qərarla bağlı məlumatlandırdığı bildirilib. Macarıstan hakimiyyəti həmin şəxslərin Vyana Konvensiyasına əsasən diplomat statusu ilə uzlaşmayan fəaliyyətlə məşğul olduğunu hesab edir.
Anita Orban qeyd edib ki, adları və vəzifələri açıqlanmayan 10 əməkdaşın ölkəni tərk etməsi tələbi “Macarıstanın təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə xidmət edir”. Onun sözlərinə görə, bu qərar Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
“Macarıstan qarşılıqlı hörmətə və müəyyən olunmuş qaydalara əməl edilməsinə əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, - nazir yazıb.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və Moskva ilə Aİ ölkələri arasındakı gərginlik fonunda bir sıra Avropa dövlətləri Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və digər Rusiya qurumlarını bağlayıb. Rusiya da cavab tədbirləri görüb.
Viktor Orbanın əvvəlki hökuməti dövründə Macarıstan belə addımlardan çəkinirdi. Səfirliyin eyni anda 10 əməkdaşının ölkədən çıxarılması ölkə üçün görünməmiş addım sayılır. Qərarın konkret hansı fəaliyyətlə bağlı olduğu açıqlanmayıb.
Avqustun sonunda Macarıstan Rusiyanı ölkə, Avropa və “qlobal nizam” üçün təhdid kimi tanıyıb. Bundan əvvəl ölkənin müdafiə naziri Romuluş Rusin-Sendi bildirmişdi ki, Macarıstan Rusiya üçün “qapını bağlayır” və müttəfiqləri ilə etimadı bərpa etməlidir. O, Rusiya kəşfiyyatının “arxa qapıdan daxil olmağa cəhd etdiyini” də deyib.
Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın bu qərarına cavab veriləcəyini bildirib.
XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskvanın “Budapeştdəki rusofob lobbiyə cavabı sərt və ağrılı olacaq”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib
euneighbourseast.eu
Toplum TV
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"