Siyasət

Anar Məmmədli və Anar Abdullaya hökm oxunub

7 Sentyabr, 2026
16

Toplum TV

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Məmmədli 13, Anar Abdulla 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ötən prosesdə dövlət ittihamçıs Anar Məmmədlinin 14 il, Anar Abdullanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
A.Abdulla isə ötən il aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və  rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs var. Ölkə rəsmiləri isə Azərbaycanda heç kimin siyasi motivlərlə təqib olunmadığını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin Əliyevə zəng edib

7 Sentyabr 2026

president.az

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və humanitar əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər. Məlumatda bildirilir ki, dövlət başçıları müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər. Bu telefon danışığı Putin və Əliyevin iyulun 28-dən sonra ikinci təmasıdır. Həmin danışıqda tərəflər ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmiş, Rusiya-Azərbaycan münasibətlərinin “konstruktiv xarakterini” vurğulamışdılar. Bundan əvvəl, sentyabrın 1-də liderlər Bişkekdə ŞƏT sammiti çərçivəsində qısa görüşmüşdülər. Bu təmaslar Moskva ilə Bakı arasında bir müddət davam edən gərginlikdən sonra münasibətlərin normallaşması fonunda baş tutur. Moskva ilə...
Siyasət

AXCP: “Hakimiyyətin məqsədi Əli Kərimlini fiziki baxımdan sıradan çıxarmaqdır”

7 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin onun sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Partiyanın sentyabrın 7-də yaydığı bəyanatda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimliyə qarşı münasibət son üç ayda “xüsusilə amansız” olub. AXCP-nin məlumatına görə, siyasətçi gecələr fasiləsiz səs-küyə məruz qalmaqla yuxudan məhrum edilir. “Onu fasiləsiz yuxudan məhrum etmək məqsədilə gecələr xüsusi siqnal səsləndirməyə və səs-küylü ‘rituallar’ icra edən psixi cəhətdən pozğun şəxslə birlikdə saxlamağa davam edirlər. AXCP bəyan edir ki, Əli Kərimlinin sağlamlığı və təhlükəsizliyi məsələsi birbaşa dövlət başçısı İlham Əliyevin məsuliyyətində olan məsələdir”, – bəyanatda deyilir. Partiya...

Seçilmiş Videolar

Toplum TV loqo