Toplum TV
Xətai rayon Məhkəməsinin qərarı ilə Fərid İsmayılov barəsində aprelin 6-dək həbs qətimkan tədbiri seçilib.
***
Toplum TV-nin jurnalisti Fərid İsmayılov saxlanılıb. Bu dəqiqələrdə o, məhkəməyə çıxarılır.
Jurnalisti yanvarın 17-də günün birinci yarısında polis əməkdaşları evində saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.
Onunla yanaşı kirayədə qaldığı otaq yoldaşının da saxlanıldığı bildirilir.
Fərid İsmayılov “Toplum TV işi” üzrə təqsirləndirilən 9 nəfərdən biri idi. 7 nəfər haqda məhkəmə həbs qətimkan tədbiri seçsə də, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilmişdi.
Bu gün vəkillərə bildirilib ki, “Toplum TV işi” üzrə istintaq yekunlaşıb və təqsirləndirilən şəxslərə əlavə altı ittiham verilib.
Bir ay öncə Fərid İsmayılov Bakı şəhər Baş Polis İdarəsinə çağrılmışdı. O zaman ona “ağıllı ol” deyə xəbərdarlıq edilmişdi.
“Toplum TV işi” üzrə təqsirləndirilən, polis nəzarətinə verilən Elmir Abbasov ittihamla tanış olmaq üçün Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
İndiyədək "ToplumTV işi" üzrə həbs olunanlar CM-nin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdilər.
Həmin ittihamla 8 ilədək həbs cəzası verilməsi mümkün idisə, indi cəza müddəti 12 ilə çata bilər.
“Toplum TV işi üzrə” təqsirləndirilən şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev, Elmir Abbasovdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ABŞ səfirinin vida çıxışı: “Azərbaycan xalqı azad mediaya, adil məhkəməyə, korrupsiyadan azad iqtisadiyyata layiqdir”
Sosial media
Samirə Qasımlı/şəxsi arxiv
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib