Siyasət

Azərbaycan XİN: “Ukrayna və Qarabağ müharibələrinin müqayisəsi yersizdir” 

10 İyun, 2025
107

Foto: Report

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Azərbaycan-Ermənistan münaqişəsilə bağlı fikirlərinə cavab verib. 

Hacızadə deyib ki, Medinskinin Qarabağı “mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”

“Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir”, - o bildirib. 

Nazirlik sözçüsü, həmçinin, rusiyalı rəsminin Qarabağ münaqişəsini Ukrayna müharibəsi ilə müqayisə etməsinə münasibət bildirib. 

“Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”, - o əlavə edib. 

Türkiyə vasitəsilə Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Medinski iyunun 9-u “Russiya Today” kanalına müsahibəsində qeyd edib ki, Ukrayna ilə dayanıqlı sülhə söykənən razılaşma olmalıdır. 

"Əgər həqiqi sülh haqqında razılaşma əldə olunmasa və yalnız atəşkəs razılaşması imzalansa, bu region Ermənistan və Azərbaycan arasındakı münaqişə bölgəsi olan Qarabağ kimi olacaq. Müəyyən vaxt sonra Ukrayna NATO ilə birləşib bu əraziləri geri almağa çalışacaq və nüvə müharibəsi baş verəcək”, - o deyib. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin. 

Bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. Həmin vaxt AzTV-yə müsahibə verən Əliyev isə Rusiya “öz günahını etiraf etməli və üzr istəməlidir, günahkarları cəzalandırmalıdır və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir” deyib.

Hadisədən dörd aydan çox keçməsinə baxmayaraq, Rusiya Əliyevin tələblərini yerinə yetirməyib. Azərbaycan prezidenti də o vaxtdan bəri etdiyi çıxışlarda və müsahibələrdə bu mövzuya qayıtmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstanın Şengen zonasına vizasız gediş rejimi ləğv oluna bilər 

12 İyun 2025

Foto: BBC

Gürcüstanın Şengen zonası ölkələrinə vizasız gediş rejimi ləğv oluna bilər.  Belə ki, Polşa Baş naziri Donald Task iyunun 11-də parlamentdə çıxışında Gürcüstan və başqa ölkələrin vizasız rejiminin ləğv olunması üçün Avropa Parlamentində çoxluq yaratmağa çalışdığını deyib.  “Buna görə məndən inciyəcək gürcülərdən üzr istəyirəm, amma ümumilikdə, mən viza rejiminin sərtləşdirilməsinin tərəfdarıyam. Xüsusən də, Gürcüstan nümunəsində olduğu kimi, artıq avtoritar hakimiyyətlərə dair standartlara hörmət etməyən və ya miqrasiyanın ölkəmizdə və ya Avropada hüquq və asayişə birbaşa təhdid yaratdığı ölkələr üçün bu məhdudiyyətlərin tətbiqini dəstəkləyirəm,” - o bildirib. Mövzu ilə bağlı jurnalistlərin sualına cavab verən Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski belə...
Siyasət

SOCAR Almaniya ilə 10 illik qaz razılaşması bağlayıb

11 İyun 2025

Foto: president.az

Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlət enerji şirkəti SEFE ilə 10 illik qaz təchizatı haqda müqavilə imzalayıb.  Bu barədə iyunun 10-da “Azərtac” xəbər verib.  Razılaşmaya əsasən, SOCAR SEFE-yə təbii qaz tədarük edəcək və illik həcm tədricən 1.5 milyard kub metrədək artacaq. SEFE-dən mətbuat üçün verilən bəyanatda bildirilir ki, tədarükə bu il start veriləcək.  SEFE-nin icraçı direktoru deyib ki, yeni müqavilə Azərbaycan və Almaniya arasındakı “güclü əlaqələrin sübutudur”.  “Bu tərəfdaşlıqla biz Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut qururuq, bununla da portfelimizi şaxələndirir və müştərilərimizin təchizat təhlükəsizliyini artırırıq," – o bildirib.  SEFE Almaniya dövlətinə məxsus beynəlxalq enerji şirkətidir...

Seçilmiş Videolar

Toplum TV loqo