Siyasət

BBC: “Gürcü polisi I Dünya Müharibəsi dövrünə aid kimyəvi maddə istifadə edib”

1 Dekabr, 2025
156

Foto: Shutterstock

BBC Gürcüstan polisinin etirazçılara qarşı Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə etdiyinə dair araşdırma dərc edib. 

BBC kimyəvi silahlar üzrə ekspertlər, Gürcüstan polisindən anonim danışan şəxslər və həkimlərlə söhbətlər əsasında o nəticəyə gəlib ki, polis Birinci Dünya Müharibəsində fransızların istifadə etdiyi, kamit adlanan kimyəvi toksik maddədən istifadə edib.

İddiaya görə, bu maddə polis tərəfindən suya qatılıb və şırnaqlarla etirazçıların üzərinə sıçradılıb. 

Tbilisinin mərkəzi küçələrində üzərinə su sıçradılan etirazçılardan biri BBC-yə deyib ki, su "üzünü yanırmış kimi hiss etdirib". 

Gürcüstan hökuməti BBC-nin iddiasını "absurd" adlandırıb və polisin "amansız cinayətkarların qanunsuz hərəkətlərinə" cavab olaraq qanuni şəkildə hərəkət etdiyini bildirib.

Kamit Birinci Dünya Müharibəsi zamanı Fransa tərəfindən Almaniyaya qarşı tətbiq edilib. Sonrakı dövrlərdə kamit istifadəsi barədə çox az tarixi mənbə var. Belə hesab olunur ki, uzunmüddətli təsirləri ilə bağlı narahatlıqlara görə kamit 1930-cu illərdə dövriyyədən çıxarılıb. 

Daha sonra onun əvəzinə "gözyaşardıcı qaz" adlandırılan CS qazından istifadə olunmağa başlayıb. 

Gürcüstanda etirazlar hələ 2024-cü ilin noyabr ayında hakim “Gürcü Arzusu” partiyasının ölkənin Avropa İttifaqına üzvlük müraciətini dayandırmasına cavab olaraq başlayıb. 

Hökumət isə onların tələblərini rədd edir və jurnalistlər də daxil olmaqla aksiyalarda iştirak edənləri "yolu bağlamaq" adı ilə cərimələyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...
Siyasət

'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"

23 İyul 2026

hurriyyet.az

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin ağırlaşdığı bildirilir.  Qardaşı Cəsur Məmmədovun sosial media hesabında verdiyi məlumata görə, jurnalistin ürək xəstəliyi daha da ağırlaşıb və böyrək çatışmazlığı riski yaradıb. "Lazımi tibbi yardım və nəzarətin olmaması səbəbilə xəstəliyi hər keçən gün daha da ağırlaşaraq kritik vəziyyətə çatıb", - o əlavə edib.  C.Məmmədovun sözlərinə görə, iyulun 22-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər.  "Bununla bağlı vəkili vasitəsilə Ədliyyə Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bugünədək Vüqar Məmmədov ciddi həkim nəzarətinə götürülməyib. Ona "belə məsləhətdir" deyilməsi ilə kifayətlənilərək, faktiki olaraq tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo