Siyasət

Belçika Fələstini tanıyacaq 

2 Sentyabr, 2025
126

Foto: Associated Press

Belçika bu ay Nyu-Yorkda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. 

Bunu Belçikanın xarici işlər naziri Maksime Prevot “X” səhifəsində bildirib. 

Onun sözlərinə görə, tanınmadan əlavə olaraq İsrail hökumətinə qarşı “ciddi sanksiyalar” tətbiq ediləcək. Həmçinin, Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması “tərəfdarlarının antisemitizmi və ya terrorizmin qəhrəmanlaşdırılması daha sərt şəkildə qınanacaq”. 

Prevot qərarı Qəzzada baş verəcək “hər hansı soyqırımı riskinin qarşısını almaq öhdəliyi də daxil olmaqla beynəlxalq öhdəliklərlə” izah edib. 

“Belçika İsrail hökumətinə və HƏMAS terrorçularına təzyiqi artırmaq üçün qətiyyətli qərarlar qəbul etməli idi. Burada məqsəd İsrail xalqını sanksiyalara məruz qoymaq deyil, lakin hökumətinin beynəlxalq və humanitar hüquqa hörmət etməsini təmin etmək və yerdəki vəziyyətin dəyişməsi ümidilə hərəkətə keçməkdir”, - o yazıb. 

Nazir əlavə edib ki, Belçika İsrailə 12 sahədə sanksiya tətbiq edəcək. Bunlara nümunə olaraq, o, İsrailin Fələstində işğal etdiyi ərazilərdən məhsulların idxalına qadağa, İsrail şirkətləri ilə dövlət satınalmaları siyasətinə yenidən baxılması, “Qərb Sahili”ndə İsrailə məxsus qanunsuz məskənlərdə yaşayan belçikalılara konsulluq yardımının məhdudlaşdırılması, uçuş və tranzit qadağaları, israilli nazirlərin “arzuolunmaz şəxs” elan edilməsi kimi addımları sadalayıb. 

Prevot əlavə edib ki, ölkəsi iki dövlətli həll yoluna aparan və hər iki dövlətin tanınmasını nəzərdə tutan Nyu-York Bəyannaməsinə də qoşulacaq.

Buna baxmayaraq, nazir onu da bildirib ki, bu tanımanın inzibati rəsmiləşdirilməsi kral fərmanı ilə yalnız HƏMAS əsirliyində olan son israilli girov azad olunduqdan və HƏMAS-ın Fələstin üzərində heç bir idarəetmə forması qalmadıqdan sonra həyata keçiriləcək.

Daha öncə Fransa, Böyük Britaniya, Kanada, Portuqaliya, Malta və Avstraliya da Fələstini tanıyacağını bildirib. 

Hazırda Fələstini dünyanın 140-dən çox dövləti tanıyır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo