Siyasət

Bəşir Süleymanlıya həbsdə təzyiqlər edildiyi bildirilir 

26 Mart, 2026
274

Foto: sosial media

Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlıya saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlər edildiyi bildirilir. 

Yaxınlarının "Toplum TV"-yə verdiyi məlumata görə, onun saxlanıldığı kameraya yeni bir məhkum salınıb. 

"Həmin məhkumun davranışları normal deyil, psixi problemləri olduğu güman edilir və həmin şəxs müxtəlif dərmanlar qəbul edir. Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlandığı kameraya gətirildiyini və hər an təxribatla üzləşə biləcəyini ehtimal edir. Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır", - yaxınları bildirir. 

Vətəndaş cəmiyyəti üzvünün yaxınları ilə zənglərinə də məhdudiyyət qoyulduğu bildirilir. Martın 22-də B.Süleymanlının zəng günü olsa da, yaxınları ona bu şəraitin yaradılmadığını deyir. 

B.Süleymanlı təzyiqlərə və ehtimal etdiyi təxribatlara görə ölkə ictimaiyyətinə, ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edib.

Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr 2026

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.  Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.  Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların...
Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.  Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.  P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.  "Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. ​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan...

Seçilmiş Videolar

Toplum TV loqo