Dünya

Trampdan İrana: “Biz onları havaya uçura bilərik”

8 May, 2025
111

Toplum TV/kollaj

ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyib. 

O, mayın 7-də amerikalı radio aparıcısı Hyu Huitə müsahibəsində deyib ki, əgər İran nüvə proqramı üzrə danışıqlarda ABŞ-la razılığa gəlməsə, onun nüvə obyektlərini bombalayacaq. 

“Əslində biz onları havaya da uçura bilərik və ya sadəcə nüvəsizləşdirə də bilərik. Amma cəmi iki seçim var - onları nəzakətlə havaya uçurmaq ya da amansızlıqla”, - o bildirib. 

Tramp həmin gün Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərdən birinin sualına cavabında deyib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz. 

“Bu danışıqlar prosesi İranın tarixində ən vacib məqamdır. Biz istəyirik ki, onlar da uğurlu, varlı ölkə olsunlar. İranın bunun üçün xeyli nefti, resursu var. Amma onlar nüvə silahına sahib ola bilməzlər. Əgər onlar fərqli yol seçsələr, bunun qəmgin sonluğu olacaq”, - o qeyd edib. 

ABŞ və İran rəsmiləri nüvə proqramı üzrə danışıqlar üçün üç dəfə görüşüblər. Onların növbəti görüşünün bu həftəsonu Omanda baş tutacağı gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Taliban şahmatı qadağan edib

12 May 2025

AFP

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ölkədə şahmat oyunlarının keçirilməsini dayandırıb.  Mayın 11-də açıqlanan qərar bu idman növü üzərindən qumar oynanılması ilə əsaslandırılıb.  Əfqanıstanda qumar qanunsuzdur. 2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban son illərdə digər idman növlərini məhdudlaşdırıb və ölkədə qadınların idmanda iştirakına tamamilə qadağa qoyub. Keçən il hakimiyyət qarışıq döyüş sənətləri (MMA) kimi sərbəst döyüşləri qadağan edərək, bunların "zorakılıq" və "şəriət baxımından problemli" olduğunu bildirib. Taliban, həmçinin qadınlara təhsil, iş, səyahət və ictimai həyatda iştirak etməyi qadağan edib. Bundan əlavə, musiqi, gözəllik salonları və qadınların görünə biləcəyi pəncərələr belə ləğv olunub.
Dünya

Zelenski: “Putini Türkiyədə gözləyəcəm”

12 May 2025

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin birbaşa danışıqlar təklifini qəbul edib.  Zelenski Ukraynanın danışıqlar üçün hər bir formata hazır olduğunu, özünün isə mayın 15-də Putini Türkiyədə gözləyəcəyini qeyd edib. O, bunu mayın 11-də “X” səhifəsində yazıb. “Ümid edirəm ki, Putin bu dəfə qoşulmamaq üçün bəhanələr axtarmayacaq”, - Zelenski bildirib.  Ukrayna prezidenti əlavə olaraq mayın 12-dən etibarən “bütöv və qeyd-şərtsiz” atəşkəs gözlədiyini qeyd edib. “Elə bir atəşkəs ki, diplomatiyaya lazımi zəmin yaratmaq üçün kifayət qədər uzun müddət davam etsin və sülhü əhəmiyyətli dərəcədə yaxınlaşdırsın. Bunu Ukrayna çoxdan təklif edib, bizim tərəfdaşlarımız təklif edir, bütün dünya da buna çağırır. Rusiyadan...

Seçilmiş Videolar

Toplum TV loqo