Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May, 2025
329

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb.

Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir. 

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib. 

Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb. 

“Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb. 

Yarım milyondan çox izləyicisi olan Muthukrişan adlı “X” istifadəçisi isə Azərbaycan və Türkiyəni boykot etməyə çağırıb və turizm məqsədləri üçün Ermənistanla Yunanıstana səfər etməyi məsləhət görüb. 

“Azərbaycan və Türkiyə hindistanlı turistlərin hesabına çoxlu pul qazanırlar. Lakin bu iki ölkə açıq-aşkar Pakistanı müdafiə edir və Hindistana qarşı ciddi mövqe tutublar. Azərbaycanın regional rəqibi Ermənistan və Türkiyənin regional rəqibi Yunanıstan isə həmişə Hindistanın tərəfində olublar. Onlar indiki qarşıdurmada da Hindistanı dəstəkləyirlər. Həmçinin, Yunanıstan və Ermənistan əla turizm məkanlarıdır”, - o yazıb. 

2024-cü ildə Azərbaycana ən çox turistin gəldiyi ölkələr sırasında Hindistan Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bu ölkədən 235625 turist Azərbaycana səyahət edib. 

2023-cü ildə Azərbaycana 114322 hindistanlı turist səfər etmişdisə, 2024-cü ildə onların sayında 121303 nəfər və ya 2,1 dəfə artım qeydə alınıb.

Hindistan ordusu Pakistanda, eləcə də Kəşmirin Pakistan hissəsində "terrorçu" infrastruktura qarşı hərbi əməliyyatlara başladıqlarını açıqlayıb.

Mayın 7-də Hindistan “Sindur Əməliyyatı” çərçivəsində həmin ərazilərə doqquz raket zərbəsi endirib. 

Pakistan tərəfi Hindistanın bu hücumlarını “müharibə aktı” adlandıraraq, Hindistanın beş hərbi təyyarəsinin vurulduğunu və bir neçə hərbi obyektin məhv edildiyini iddia edir.

Hindistan isə bu iddiaları təkzib edir.

Hər iki tərəf arasında baş verən qarşılıqlı atışmalar nəticəsində onlarla insan həyatını itirib, çox sayda insan yaralanıb. Mülki əhali arasında da itkilər qeydə alınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Orban getdi: növbə kimindir?

13 Aprel 2026

Foto: AFP

Avropa və dünya siyasətində Viktor Orban dönəmi sona çatdı. Macar xalqı 12 aprel parlament seçkilərində 16 illik avtoritar idarəçiliyə son qoyaraq ölkə tarixində yeni bir səhifə açdı. Macarıstan seçkiləri yerli əhəmiyyətli olmaqdan çıxaraq regional, hətta qlobal miqyaslı siyasi hadisəyə çevrilmişdi. Əslində bu, bir paradoks kimi görünür, çünki Macarıstan 10 milyona yaxın əhalisi olan kiçik bir Mərkəzi Avropa ölkəsidir. Dənizə çıxışının olmaması da onun geostrateji önəmini azaldan amillərdən biridir. Buna baxmayaraq, Macarıstan ətraf ölkələrdən (Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya, Avstriya) fərqlənirdi və son illər qlobal geosiyasətdə özünəməxsus rola, ağırlığa malik oyunçu idi. Orban faktoru Şübhəsiz ki, dünya siyasətində Macarıstan faktorunun ortaya çıxması...
Siyasət

Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam" 

13 Aprel 2026

Açıq mənbə

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib.  O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib.  “Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara  qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib. "Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib.  Hacı...

Seçilmiş Videolar

Toplum TV loqo