Siyasət

Əli Zeynala ancaq şüşə arxasından görüşə icazə verilib

16 Oktyabr, 2025
91

İllüstrasiya: Toplum TV

“Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynala saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə yalnız şüşə arxasında görüşə icazə verilib. 

Oktyabrın 12-də ailəsi ilə görüşən Ə.Zeynala konfidensial görüşə icazə verilməyib. 

Ailəsi bildirir ki, o, bu məhdudiyyətin təcridxanadan ictimailəşdirdiyi yazılara görə olduğunu ehtimal edir. 

Ə.Zeynal daha əvvəl təcridxanadan yazdığı yazılarda dustaqların saxlanma şəraitinin pis olduğunu və dərman gətizdirmək üçün rüşvət tələb olunduğunu bildirib. 

Ə.Zeynal əvvəllər də yazılarına və məhkəmə çıxışlarına görə cərimə kamerasına (karser) salınıb. 

"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...
Siyasət

Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edib: “Lazımi tibbi yardımla təmin olunmuram”

1 Oktyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat və iş adamı Nazim Bəydəmirli Ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb. O, saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində hüquqlarının məhdudlaşdırıldığını, səhhəti ilə bağlı müraciətlərinə isə cavab verilmədiyini bildirib. N.Bəydəmirli yazıb ki, səbəbini bilmədiyi halda ona qanunla nəzərdə tutulan hüquqlar baxımından fərqli yanaşılır: “Video görüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmiləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardım və həkimlə təmin olunmuram”. Bəydəmirli bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı müəssisəyə köçürüldükdən sonra beş aydır karantində saxlanılır və ailəsi ilə videogörüş imkanından məhrum edilib. Onun sözlərinə görə, üç ildən artıqdır qızını...

Seçilmiş Videolar

Toplum TV loqo