Siyasət

Hakimiyyətin növbəti hədəfi Əli Əsədovdur?

23 Aprel, 2026
498

Açıq mənbə

Aprelin 17-də “Qafqazinfo” saytında baş nazir Əli Əsədova məxsus olduğu iddia olunan biznes və tikinti obyektləri haqda məqalə dərc olunub. 

“Əli Əsədovun biznes və tikinti imperiyası” başlıqlı yazıda paytaxtın müxtəlif ərazilərindəki 7 bina, 5 restoran və 1 hotelin baş nazirə aid olduğu deyilir. Məqalədə, həmçinin, Əli Əsədovun media vasitəsilə müəyyən şəxsləri hədəf aldığı iddia olunur. 

“Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur”, - deyə qeyd olunub.

Azərbaycanda hökumət nəzarətində olan media orqanlarının vəzifəli şəxslərin korrupsiya fəaliyyəti haqda yazılar dərc etməsi ilk deyil. Lakin bu tip yazılar, adətən, həmin şəxslər vəzifədən uzaqlaşdırıldıqdan sonra tirajlanır. Məsələn, ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi açıldıqdan sonra mətbuatda ona məxsus olduğu deyilən mülklərin siyahısı yayılıb. 

Əli Əsədov isə hələ ki baş nazir səlahiyyətlərinə davam edir. Aprelin 20-də Nazirlər Kabinetinin saytında onun sədrlik etdiyi İqtisadi Şuranın iclası barədə xəbər dərc olunub. 

Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah düşünür ki, hökumət nəzarətindəki mediada baş nazirlə bağlı belə bir yazının yayılması yalnız Prezident Administrasiyasının sifarişi ilə ola bilər, lakin onun dərhal vəzifədən kənarlaşdırılacağını gözləmək düzgün deyil. 

“Bəzən bu cür məlumat sızmaları sadəcə nəzarət mesajı xarakteri daşıyır, konkret addımlarla nəticələnməyə bilər. Lakin bu cür informasiya axını davamlı olarsa, vəzifə dəyişikliyi və ya təsir dairəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Əsas sual ifşaların davamlı olacağı, yoxsa müvəqqəti xarakter daşıyacağı ilə bağlıdır”, - o deyib. 

Əli Əsədov 2019-cu ildən baş nazir vəzifəsindədir. O, daha öncə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində çalışıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Milli Məclis: "Avropa Parlamentində deputatlar pulla ələ alınır" 

9 Oktyabr 2026

meclis.gov

Milli Məclis Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı qəbul etdiyi qətnaməyə cavab verib.  Avropa Parlamenti oktyabrın 8-də qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağırıb.  Milli Məclis isə qətnaməni "qərəzli siyasi aksiya" kimi qiymətləndirib və "yalan və saxta məlumatlar üzərində qurulduğunu" bildirib.  "Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir. Bütün bunlar təşkilatda azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü nümayiş etdirir", - bəyanatda qeyd olunub.  "Avropa Parlamentinin özündə...
Siyasət

Avropa Parlamenti Əli Kərimli, Anar Məmmədli və Anar Abdullanın həbsini qınayan qətnamə qəbul edib

9 Oktyabr 2026

Toplum TV

Avropa Parlamenti oktyabrın 8-də Azərbaycan hakimiyyətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağıran növbəti qətnamə qəbul edib.  Qətnamədə ilk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbsi qınanılır.  Avropa Parlamenti hər üç şəxsin “dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, lazımi miqdarda su və qida, havalandırma, tibbi yardım, vəkillə görüş və ailə üzvləri ilə əlaqə imkanlarının təmin edilməsini, pis rəftarla bağlı iddiaların müstəqil şəkildə araşdırılmasını, qanunla müəyyən edilmiş prosedurlara və ədalətli məhkəmə araşdırması təminatlarına riayət olunmasını” tələb edib.  Qətnamədə ardınca...

Seçilmiş Videolar

Toplum TV loqo