sosial media
Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.
Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.
"Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə nail olmaq mümkün deyil".
"İndiyə qədər mərkəzin yaydığı məlumatlar və beynəlxalq təşkilatların hesabatları illərdir həbsxanalardakı sıxlığı, sanitar-gigiyenik şəraiti və tibbi xidmətin keyfiyyətini problem kimi qeyd edir. Nazirin də problemi tanımağı həllin ilk addımıdır və ümid edirik ki, bu istiqamətdə ciddi irəlləyişə nail olacağıq. Lakin yeni binalar islahatın yalnız bir hissəsidir. Əsas sual budur: bu binaların içində məhbuslar necə yaşayacaq, onlara kim və necə xidmət edəcək, qanunla nəzərdə tutulmuş hüquqları necə təmin ediləcək?", - o sual edib.
Avropa Şurası Nazirlər Komitəsinin müvafiq tövsiyəsinə istinad edən hüquq müdafiəçisi xatırladır ki, qurum həbsxanalarda sıxlığın aradan qaldırılması üçün digər həll yollarını, məsələn alternativ cəzaların tətbiqini tövsiyə edir.
"Bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatının Tokio Qaydaları da həbsə alternativ tədbirlərin geniş tətbiqini nəzərdə tutur. Ona görə yeni müəssisələrlə yanaşı, alternativ cəzalar, ev dustaqlığı və girov kimi qətimkan tədbirləri də genişləndirilməlidir. Əks halda yeni tikilən həbsxanalar da bir neçə ildən sonra dolacaq. Eyni zamanda mövcud müəssisələrin yenilənməsi, yeni həbsxanaların tikilməsinə qədər indiki həbsxanalarda saxlanılan minlərlə məhbusun şəraiti yaxşılaşdırılmalıdır", - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”
sosial media
Hicablı şagirdlər üçün onlayn platforma yaradan fəalın bir ay həbs edildiyi bildirilir
şəxsi arxivi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb