Dünya

Ukrayna əsgərləri: “Kurskdan geri çəkilmək qorxu filmi kimi idi”

17 Mart, 2025
237

BBC

Ukrayna qoşunları Rusiyanın Kursk regionundan geri çəkilməyə davam edir.

Lakin onlar bu zaman Rusiyanın hücumları nəticəsində çoxsaylı itkilərə məruz qalırlar. 

Bu barədə Kursku tərk edən ukraynalı əsgərlər anonim şəkildə “BBC”-ə danışıblar.

Onlardan biri geri çəkilərkən yolda başına gələnləri “qorxu filmi” deyə təsvir edib. 

Şərti olaraq “Volodimir” adı verilən əsgərin dediyinə görə, gündüz Kursku tərk etmək mümkün deyil, çünki Rusiya dronları ukraynalı əsgərləri və qoşunları hədəf alır. 

Martın 9-da danışan əsgər deyib ki, Kurskun Sudja şəhəri və Ukraynanın Sumu regionunu birləşdirən yol dron atəşləri nəticəsində yanıb məhv olan hərbi avadanlıqla doludur. 

“Bütün yol düşmən atəşi altında idi. Dəqiqədə 2-3 dron görə bilərdiniz”, - o bildirib. 

“Anton” adlı əsgər deyib ki, o martın 11-i Sudjanı ayaqla tərk edib və yolda bir neçə dəfə ölüm təhlükəsi ilə üz-üzə gəlib. O əlavə edib ki, hərbi nöqteyi nəzərdən Kursku saxlamağın mənası yox idi. 

“Dmitro” adlı əsgər isə deyib ki, xeyli ukraynalı Kursku tərk etmək üçün ayaqla 15-20 km yol qət edib. Onun olduğu avtomobil isə dron tərəfindən vurulub və komandiri yaralanıb. 

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Kursku tərk edəcəyini açıqlayıb. O deyib ki, Kursk əməliyyatı öz hədəfinə çatıb, çünki nəticədə Rusiya öz qoşunlarını Ukraynanın şərqindən çəkib. 

Ukrayna hərbi qüvvələrinin baş komandanı Oleksandr Sırski isə deyib ki, ötən ilin avqustundan başlayan Kursk əməliyyatı nəticəsində Rusiya yaralı və itkin düşənlər daxil olmaqla 50,000 nəfər itki verib. 

Bundan əvvəl Zelenski Rusiyanın Ukrayna ərazilərini tərk etməsi qarşılığında Kurskdan çəkilə biləcəklərini demişdi. Rusiya isə təklifi rədd etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Maçado Nobel Sülh Mükafatını Trampa verib 

16 Yanvar 2026

Foto: Ağ Ev

Venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa verib.  O, bunu yanvarın 15-də Ağ Evdə Trampla görüşdükdən sonra jurnalistlərə deyib.  Tramp "Truth Social" platformasında xəbəri təsdiqləyib və Maçadoya "gözəl jestə görə" təşəkkür edib.  Tez-tez müxtəlif ölkələrdə müharibələrə son qoyduğunu iddia edən və Nobel Sülh Mükafatını qazanmamağından gileylənən Tramp ötən il mükafat Maçadoya verildikdə narazılığını ifadə etmişdi.  Maçado daha öncə Venesuela prezidenti Nikolas Maduronun Trampın əmri ilə amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsini alqışlamış, bunu "insanlıq naminə böyük addım" adlandırmışdı.  Maçado 2023-cü ildə Venesuelada müxalif qüvvələrin prezidentliyə namizədi seçmək üçün keçirdiyi seçkidə səslərin...
Dünya

ABŞ Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan edib 

15 Yanvar 2026

Foto: Reuters

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof Qəzza üçün nəzərdə tutulan sülh planının ikinci mərhələsinin başladığını elan edib.  O, bu barədə yanvarın 14-də "X" səhifəsində yazıb.  Vitkofun sözlərinə görə, bu mərhələdə Qəzzanın demilitarizasiyası, texnokratik idarəetməyə keçid və müharibədən çıxmış bölgənin bərpası nəzərdə tutulub.  "İkinci mərhələ Qəzzada keçid dövrü üçün texnokratik Fələstin administrasiyasını — Qəzzanın İdarə Olunması üzrə Milli Komitəni (NCAG) — yaradır və Qəzzanın tam demilitarizasiyasına və bərpasına start verir; əsasən də bütün icazəsiz silahlı şəxslərin tərksilah edilməsini əhatə edir. ABŞ HƏMAS-ın öhdəliklərinə tam şəkildə əməl edəcəyini, o cümlədən sonuncu mərhum girovun dərhal qaytarılmasını gözləyir. Bu...

Seçilmiş Videolar

Toplum TV loqo