Siyasət

İnanclı fəalın ağzını tikərək etiraza başladığı deyilir

24 Noyabr, 2025
200

Foto/kollaj: Toplum TV

Həbsdə olan inanclı fəal Elman Şeydayevin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə jurnalist Arzu Abdulla noyabrın 24-də “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, fəal bu ilin avqustunda həbs olunan altı inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edir və hazırda səhhəti ağırdır.

Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

E. Şeydayev ittihamları qəbul etmir və həbsinin fəaliyyətinə, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən imtina etməsinə görə olduğunu bildirir.

Nailə Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseyn adına ehsan payladıqları və Fələstinlə bağlı şüarlar səsləndirdikləri üçün saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq, zor tətbiqi və ya əmlaka ziyan vurulması halları) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələri ilə təqsirləndirilirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...
Siyasət

'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"

23 İyul 2026

hurriyyet.az

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin ağırlaşdığı bildirilir.  Qardaşı Cəsur Məmmədovun sosial media hesabında verdiyi məlumata görə, jurnalistin ürək xəstəliyi daha da ağırlaşıb və böyrək çatışmazlığı riski yaradıb. "Lazımi tibbi yardım və nəzarətin olmaması səbəbilə xəstəliyi hər keçən gün daha da ağırlaşaraq kritik vəziyyətə çatıb", - o əlavə edib.  C.Məmmədovun sözlərinə görə, iyulun 22-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər.  "Bununla bağlı vəkili vasitəsilə Ədliyyə Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bugünədək Vüqar Məmmədov ciddi həkim nəzarətinə götürülməyib. Ona "belə məsləhətdir" deyilməsi ilə kifayətlənilərək, faktiki olaraq tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo