İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”
sosial media
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb.
Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib.
Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib.
Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu deyib və məsələnin ortaq dəyərlərə, Azərbaycan xalqının əsas hüquqlarına hörmət ediləcək şəkildə həll olunacağına ümid etdiyini deyib.
“Biz hesab edirik ki, Azərbaycan xalqı bu məsələni öz hökuməti ilə qarşılıqlı anlaşma yolu ilə həll etməlidir”, - Bəqai bildirib.
O, azərbaycanlıları “qəhrəman və uzaqgörən xalq” adlandırıb:
“Azərbaycanlıların öz inanclarını və milli maraqlarını qorumaq üçün səslərini hökumətlərinə necə çatdırmağı yaxşı bildiklərinə inanıram. Onların bu məsələdə məsləhətə ehtiyacı yoxdur”, - Bəqai deyib.
Bəzi hökumətyönlü media qurumları hicab məsələsi ilə bağlı Azərbaycana qarşı “informasiya hücumları”nın 64 faizinin Türkiyədən, 11 faizinin isə İrandan gəldiyini iddia edib.
Azərbaycan-Türkiyə münasibətlərində gərginlik fonunda Xarici İşlər Nazirliyi deputatlar, dini xadimlər, jurnalistlər və blogerlər də daxil olmaqla 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına salıb.
Oktyabrın 19-da isə Baş Prokurorluq Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə daha yeddi Türkiyə vətəndaşının beynəlxalq axtarışa verildiyini açıqlamışdı.
Baş Prokurorluğu həmin şəxslərin sosial şəbəkələrdə və Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiklərini iddia edib. Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”
Toplum TV
Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib
Azərtac
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”